Ramazan ayında xalisləşmə resepti
Mьəllif: admin1
Tarix: 24-05-2019, 11:13
Ramazan ayında xalisləşmə resepti
Ramazan ayı – xalis olmaq ayıdır. Əgər bu ayı lazımınca dərk edə bilsək, görərik ki, bu ayda xalis olmaq başqa aylardan daha asandır. Tutduğumuz orucla birlikdə, nəfsimizlə mübarizə aparaq və tövbə edərək özümüzü xalisləşdirək.

İmam Səccadın (ə) bizə yadigar qoyub getdiyi “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayının fəzilətləri haqqında bəhs olunmuşdur. Bu fəzilətlər ilə biz də tanış olaq.

İmam Səccad (ə) duanın əvvəlində buyurur: “Bizi həmd əhlindən qərar vermişdir. Həmd olsun o Allaha ki, bizi kamalın və bəsirətin böyük mədəni olan yollardan birinə çatdırmışdır ki, həmin Ramazan ayıdır. Orucluq ayıdır.

O aydır ki, onun orucu nəfsi islah etmək üçün təsirli vasitələrdən biridir. Çünki onda aclıq çəkmək, həvəs və iştahalarla mübarizə etmək gizlənmişdir. Təslim olmaq ayıdır. Pak edən aydır.

Xalis olmaq ayıdır. Günahın aqibəti yolunu azmaqdır. Qəlbində tövbə nuru parlayanlardan başqa. Bizə davamlı olaraq deyərlər: Əgər bir günah etmisinizsə, o günahın arxasınca tövbə edin. Günahı təkrar etməkdən peşman olun. Qərara alın ki, bir daha günah etməyəcəksiniz.

Ona görə deyilir ki, günah bataqlığına batmaq təhlükəli işdir. Bəzən insan elə bir hala çatır ki, artıq geri dönüş yolu olmur.

Pak olmaq bütün ruhlarda mövcuddur. Hamının haqqı görən vicdanı vardır. Ancaq bu nurani və parlayan bulaq, havayi-nəfs tərəfindən məhv edilər”.

Ramazan ayı – elə aydır ki, insan onda paklana bilər. Bu dəyərli kitabda olan “Əbu Həmzə” duasında oxuyuruq: “Dua edən şəxs deyir: Ey mənim Allahım! Mən Sənə ümid etməyi, Səndən qeyrisinə ümid etməkdən üstün bilmişəm. Sənə pənah aparmağı başqalarına pənah aparmağın yerinə qoymuşam. Bilirəm ki, əgər kimsə sənə tərəf gələrsə, yol yaxın olar””.

Hər kimsinizsə, hansı libasdasızınsa, hansı yaşdasınızsa – fərq etməz. İnsan – insandır. Paklanmağa və xalisləşməyə ehtiyacı vardır.

Bu ay – xalisləşmə ayıdır, bunu unutmayın və fürsəti əldən verməyin ki, tez keçən buludlara bənzəyir. Bu gün var, artıq sabah bizi tərk edəcəkdir.



Ona görə də hələ ki, bu mübarək ayda qərar tuturuq, onun qədrini bilək və Allaha yaxın olaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930