Donuz tərkibli məhsulları necə tanımalı?
Mьəllif: admin1
Tarix: 22-05-2019, 11:10
Donuz tərkibli məhsulları necə tanımalı?
“Halal” ərəb dilindən tərcümədə “izn verilən”, “haram” isə “qadağan olunan” deməkdir. Bu iki mənəvi anlayış müsəlmanın bütün həyatında reqlament rolunu oynayır.

Halal qida - əvvəldən sona qədər şəriət qaydaların uyğun hazırlanan yeməkdir.

Halalın qida qaydaları çoxdur. Qeyri-müəyyən şəkildə öldürülən, özü ölən, donuz əti, Allahın adı ilə kəsilməyən heyvanların və sair bu kimi heyvanların əti haramdır.

Hətta halal qidalar da müəyyən şərtlərlə hazırlanmalıdır. Məsələn, heyvan kəsilərkən o, iti bıçaqla kəsilməlidir ki, ölümü tezləşsin və əziyyəti az olsun. “Bismillah” deyilməlidir. Heyvanın ölümünü digər həmcinsləri görməməlidir.

Heyvan sənaye üsulu ilə kəsilərkən, ət leşə çevrilir. Mal-qara balta, elektrik, çəkic və sairlə öldürülür. Belə olan halda, laxtalanmış qan ətdə qalır, adrenalin, qorxu hormonları və digər fermentlər istehlakçının masasına gəlir, bu da insan səhhətinə ciddi zərər vurur.

İslam qanunlarına görə, heyvanın boyun arteriyaları Allahın adı anmaqla kəsilir. Bir heyvanın digərinin gözü qarşısında kəsilməsi, hətta gözü qarşısında bıçaq itilənməsi qadağandır.

Yeri gəlmişkən, halal heyvandarlığın əsası “Yaşıl dünya” qanunları ilə də uyğun gəlir. Heyvanlar heç bir hormonal əlavələr olmadan, ekoloji təmiz qidalarla yemlənməlidir. Bu da sağlamlıq deməkdir.

Haramdan qaçıb, halaldan istifadə etmək barədə Qurani-Kərimin bir çox ayələrində və İncildə qeyd olunub.

“Bəqərə” surəsinin 173-cü ayəsində buyurulur: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”

İncildə (14:8) isə deyilir: “Donuz əti isə cütdırnaqlı olsa da, gövşəmir,o sizin üçün pak deyil; onların ətini yeməyin və leşlərinə toxunmayın”.

Haram ət məhsullarına nələr daxildir?

- Öz əcəlləri, başqa heyvanlar vasitəsi ilə, bədbəxt hadisə nəticəsində, boğularaq öldürülən, yaxud xristian, yəhudi ənənələri ilə öldürülənlər
- Heyvanın boğazını kəsərkən özü axan qan (İslam qaydaları ilə kəsilən heyvanın bədənində qalan qan haram deyil)
- Donuz əti. Bu heyvanın heç bir komponenti (əti, sümüyü, dərsi, tük örtüyü) halal məhsulların istehsalında istifadə oluna bilməz
- Pəncəsi olan heyvanların (canavar, şir, pələng, həmçinin it, pişik və s.) və süzən quşların (qartal, şahin və sair)
- Ulaq, qatır

Bu sadalananların heç bir komponentindən halal məhsullarda istifadə oluna bilməz.

Donuz əti və onun insan səhhətinə zərəri

Donuz əti istehlak edənlər həmişə deyirlər: “Donuz əti xeyirlidir”, “dadlıdır”, “həmin dövrlərdə soyuducu olmadığı üçün, o, tez xarab olurdu” və sair bəhanələr gətirirlər.

İnsanlar donuz ətinin insan səhhətinə toksik təsirini, bədəndə törətdiyi fəsadları görməzdən gələrək, onu yeyə bilmək üçün müxtəlif bəhanələr fikirləşirlər.

Donuz ətinin zərərli və təhlükəli xüsusiyyəti bütün dövrlərdə mövcud alıb, ancaq hətta bu gün də bu ətin insan səhhətinə neqativ təsirini azaltmaq üçün bütün tədbirlər görülsə də, bu mümkün olmur.

İlk öncə bildirək ki, donuz - hansı bir gigiyenik şəraitdə yetişdirilsə və nə qədər təmiz məhsullarla bəslənsə də, o, öz nəcisi ilə qidalanan heyvandır. Bunun nəticəsində bu heyvanın bədənində digərlərindən qat-qat artıq antitel istehsal olunur.

Tibbi aspektləri
Donuz ətindən imtina öz səhhətinin qayğısına qalmaq deməkdir. Ev heyvanları arasında donuz ən acgözüdür, o, insan nəcisi də daxil olmaqla, hər şeylə qidalana bilər.

Donuz öldürülməzdən öncə onun qanında adrenalin artır. Ölüm qarşısında qorxu, termik istehsaldan sonra da qalır. Bilirik ki, tər vəzisi ilə orqanizmə toplanan zərərli maddələr xaric olur, lakin donuzlarda bu vəzi yoxdur.

Beləliklə bütün çirk dərinin altında, daha doğrusu el arasında “sala” kimi tanıdığımız piy qatında toplanır. Donuz özü zərərli mikrob və parazitlərin daşıyıcısıdır, donuz əti isə xəstəlik yaradır, bu səbəbdən qida üçün yararsızdır.

Parazitar xəstəlikləri

TRICHINELLA SPIRATIS (trixinillez bağırsaq qurdları) – insanda revmatizm və əzələ ağrıları yaradan çox təhlükəli paratzitlərdir. Bu xəstəliyə yoluxanlar adətən uzun müddət xəstə olurlar, sonradan isə çox vaxt ölürlər. Sağ qalanlar isə bir daha hərəkət edə bilmirlər. Bu xəstəliyin çarəsi yoxdur.

TAENIA SOLIUM ( Donuz soliteri) - Bağırsaq qurdu anemiya, diariya, ağır deprsiya, melanxoliya və maddələr mübadiləsinin pozuolması ilə orqanizmi əldən salır.

Sistserkoz o deməkdir ki, bu parazitin sürfələri əvvəlcə insan qanına, ordan da həyati vacib orqanlara – baş beyinə, ciyərə, böyrəyə, onurğa beyninə keçir. Sürfələr böyüyür, nəticədə yuxarıda sadalanan xəstəliklərə gətirir.

ASKARİDLƏR - Bu qurdlar maddələr mübadiləsinin pozur, appendisit, subhepatik sarılıq yaradır.

NEMATODLAR – ansilostomiaz, anemiya, şişkinlik, ürək çatışmazlığı, əqli və fiziki geriləmə, vərəm, diareya və qarın yatalığı yaradır.

SCHITOSOMA JAPONICUM – qanaxma, anemiya və digər sindromlar yaradır. Əgər sürfələr baş, yaxud onurğa beyinə girə bilsələr, insan iflic olur və nəticədə ölür.

PARAGOMINES WESTERMAINI - ciyərlərdə qanaxmaya səbəb olur.

PACIOLEPSIS BUSKI - diareya ilə nəticələnən mədə-bağırsaq pozğunluğu, ümumi şişkinlik yaradır.

CLONORCHIS SINENSIS Shlonorchiasis (subhepatic sarılıq) - ciyərlərin genişlənməsini yaradır.

METASTRONGYLUS APRI - Bronxit və ciyərlərin absesini yaradır

GIGANTHORINCHUS GIGAS - anemiya və maddələr mübadiləsinin pozulmasınqa gətirir

BALATITIDIUM COLI - kəskin dizenteriya və ümumi halsızlıq yaradır.

Xəstəliklər
1. Vərəm
2. Fusiformis necrofurus, - gec sağalan ayaq göbələyi
3. Salmonella Cholera suis, vəba.
4. Paratif
5. Brusellyoz: kəskin, orta və xroniki. Getdikcə əmək qabiliyyətiinin itirlməsinə gətirir.
6. Donuz sifəti (grizipeloid)
7. Çiçək xəstəliyi
8. Yapons gnsefaliti-B.
9. Gpidemik qripp, yeni doğulanlarda qastroenterit.
10 Toxo plasma goundii – çox təhlükəli yoluxmadı. Yoluxan qadından dünyaya gələn uşaq bir neçə gündən, uzağı həftədən sonra ölə bilər. Əgər sağ qalarsa, kor yaxud kar qala bilər.

Böyüklərdə ciyərlərin və dalağın genişlənməsi ilə xroniki qızdırma yaradır. Pnevmaniya, serebrospinal meningit əqli çatışmazlıq və ölümlə nəticələnir. Korluq və karlıq da yarana bilər.

Hələ ki, tibdə donuzda olan miktrobları və onların yaratdığı xəstəlikləri məhv eldəcək üsul tapılmayıb.

HANSI MƏHSULLARDA TƏRKİBİNDƏ DONUZ PİYİ OLAN ƏLAVƏLƏRDƏN İSTİFADƏ OLUNUR

Məhsulu almazdan əvvəl onun üstündə yararılılıq müddətindən əlavə, məhsulların tərkibinə də baxın. Bir çox komponentlərin tərkibində donuz piyi olur. Onlardan bəzilərinin nömrəsini təqdim edirik.

E100, E101, E102, E103, E110, E111, E120,
E123, E124, E126, E127, E128, E140, E141,
E152, E153, E206, E210. E213, E214, E216,
E234, E252, E270, E280, E325, E326, E327,
E334, E335, E336. E337, E374, E420, E422,
E430, E431, E432, E433, E434, E435, E436,
E440, E442, E470, E471, E472, E473, E474,
E475, E476, E477, E478, E480, E481, E482,
E483, E488, E489, E491, E492, E493, E494,
E495, E542, E550, E570, E572, E577, E591,
E631, E632, E633, E635, E904.

Bundan başqa qida istehsalçıları ərzaqlarda insanlarda xəstəlik yaradan müxtəlif növ maddələrdən və boyalardan istifadə edirlər. Buna görə də FaktXəbər olaraq müsəlmanlar üçün qadağan olan və ərzaqların üzərində etiketlərdə rast gələcəyiniz markalaşdırmanı təqdim edirik.

Əsasən, tərkibində heyvan yağları (süd əsilli yox) olan marqarinlərdən ehtiyatlı olun.

Aşağıda təqdim etdiyimiz elementlər olan məhsullardan istifadə müsəlmanlar üçün haramdır.

ACETIC ACID – ancaq məhsul göyərti əsillidirsə yemək olar

CASEIN – bir neçə növ pendirlərin hazırlanmasında donuz mədəsindən alınan fermentlərdən istifadə olunur.

GELATINE (HALAL) - Diqqəit etmək lazımdır, bəzən donuz mədəsinin fermentlərindəndən hazırlanır. Belədirsə, haramdır.

PEPSIN - Donuz mədəsinin fermentlərindən hazırlanır.

RENNIN/RENNET - bəzən donuz mədəsinin fermentlərindəndən hazırlanır. Belədirsə, haramdır.

YAР– PENDİR (HARAM OLANLAR)

MONO ET DIGLYCERIDES – adətən konservləşdirilmiş məhsullarda görünür. Zeytun yağı və donuz piyinin qarışığından hazırlanır.

SHORTENING / FAT (İngiltərə) / MATIERES GRASSES (Fransa) – Bu məhsulda bitki yağı və donuz piyinin qarışığından istifadə olunub

LARD (İngiltərə) / SAINDOUX (Fransa) – donuz piyindən alınan yağdır.

VEGETABLE SHORTENING – Bu məhsul Amerikada hazırlanır və Amerika standartlarına uyğun olaraq 80-90 faiz bitki yağından və 10-20 faiz donuz piyindən hazırlanır. Buna baxmayaraq, belə yağ bankalarının üzərində bitki yağı yazılır.

RENNET / RENIN / PEPSIN (İngiltərə) / PRESURE (Fransa) – Bu məhsul hazırlanarkən donuz mədəsinin fermentlərindən və donuz piyindən hazırlanır.

GELLO – Jelatin hazırlamaq üçün istifadə olunan bu jele donuz fermentlərindən istifadə olunur.

C 30 / APOCAROTENAL / BETA-APO-8-CAROTENAL / CARMINE / COCHINEAL - qurudulmuş həşəratlardan hazırlanır.
(faktxeber)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930