Gələcək həyat yoldaşını seçən zaman vasvası olmayın
Mьəllif: admin1
Tarix: 14-05-2019, 23:24
Gələcək həyat yoldaşını seçən zaman vasvası olmayın
Dinimiz biz müsəlmanlara evliliyi mühüm bir əməl kimi buyurmuşdur. Ona görə də hər bir müsəlman çalışmalıdır ki, müəyyən yaş həddinə çatan zaman ailə qursun.

Ancaq çox təəssüf ki, müasir zamanda bu mövzu daha da qəlizləşmişdir. İnsanlar bir-birinə etimad etmir və tez ailə qurmaqdan çəkinirlər. Bu sahədə vəsvəsə edir və sonra da yaşlarının 35-ə, 40-a çatdığını dərk edirlər.

Hər bir insan ailə həyatı qurmaq istəyən zaman müəyyən meyarlar təyin edər və onlara uyğun birini tapmağa çalışar. Ancaq bəzən bu meyarlar insan həyatında ikinci sırada qərar tutmalıdır. Evlilik zamanı insan üçün mühüm olan meyarlar bunlardır:

- Dəyər sistemi eyni olmalıdır.

- Mənəvi baxışları analoji olmalıdır.

- Xasiyyətləri uyğun gəlmələdir. Şərt deyil ki, eyni xasiyyətli olsunlar. Amma ümumi uyğunluq, bir-birlərini tamamlama – mühüm mövzulardır.

- Zahirləri bir-birinə uyğun olmalıdır. Əlbəttə ki, burada simpatiya mühüm rol oynayır.

- Yaş fərqi nə həddən artıq az və nə də həddən artıq çox olmalıdır. Əlbəttə ki, bu, universal qayda deyil.

- Hər ikisi eyni təhsil səviyyəsində olmalıdır. Təbii ki, bunun əlahiddə vacibliyi yoxdur. Əsas odur ki, bir-birlərini başa düşsünlər, maraq mövzuları uyğun olsun.

- Dinləri və məzhəbləri eyni olmalıdır.

- Dünyagörüşləri, həyata baxışları yaxın olmalıdır.

- Bir-birlərinə güzəştə getməyə hazırlıqları olmalıdır.

İnsan əgər evlənmək istəyirsə, özünə bu sualları verməlidir:

1. Bu evlilikdəki hədəfiniz nədir?

2. Gələcək həyat yoldaşınızdan hansı gözləntiləriniz vardır?

3. Öz nöqsanlarınızdan xəbərdarsınızmı?

4. Gələcək həyat yoldaşınızın ailə üzvlərinin tutduğu vəzifə, imkanlılıq amili, yoxsa onun özü sizin üçün mühümdür?

5. Onu xoşbəxt edə biləcəyinizdən əminsinizmi? Yəni, onun istək və arzularını təmin etmək gücündəsinizmi?

Əgər artıq evlənmək istədiyiniz insanı təyin etmisinizsə, onu bir müddət müşahidə etməyə çalışın. Baxın görün sizdən kənarda olanda özünü necə aparır və rəftar və davranışı sizin gözləntilərinizə uyğun gəlirmi?

Bütün bu deyilənləri edəndən sonra evliliyin müsbət və mənfi tərəflərini tərəziyə qoyun və dərk edəcəksiniz ki, evlilik sizi daha çox xoşbəxt edə bilər.

Evli insanı nəslini davam etdirdiyi kimi, həm də öz ruh yarısını tapar və onunla ülfət bağlayıb, tam olar. Belə bir insanı həm cəmiyyət sevər və həm də Allah.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031