Böyük alimlər Ramazan ayını necə yaşadırdı?
Mьəllif: admin1
Tarix: 13-03-2024, 10:35
Böyük alimlər Ramazan ayını necə yaşadırdı?
Mübarək Ramazan ayı din alimləri üçün ilin başlanğıcı hesab olunur. Belə ki, onlar illik əməllərin hesabını bu ayda çəkər və maddi zəkatlarını bu ayda verərlər.

Mirzə Muhəmmədcəfər Ənsari.

Bu böyük alimin qohumları nəql edirlər ki, alim mübarək ay gələn zaman nə dərslərini və nə də ibadətlərini tərk etməzdi.

O, gecə namazının nafiləsindən tutmuş, gündə Qurandan bir cüz oxumaq, Cəfər Təyyarın namazı, “Cameə” ziyarətini, Aşura ziyarətini oxumağı tərk etməz və onları xüsusi diqqətlə yerinə yetirərdi.

Ayətullah Behcət.

Ayətullah Behcətin oğlu hüccətil-İslam Əli Behcət atasının Ramazan ayındakı halını belə nəql edir: “Alimin bu mübarək ayda yerinə yetirdiyi xüsusi əməllərdən biri bu idi ki, günəş çıxana qədər Quran barəsində təfəkkür edərdi.

Bu ayda atam gün ərzində ən çox Quran ayələrinin mənası barəsində düşünərdi. Qədr gecələrində oyaq qalar və Quranı başına qoyardı.

O, yatmazdan əvvəl “Kisa” hədisini oxuyar, yatan zaman dəstəmazlı olardı. Əgər dəstəmaz ala bilməsəydi, təyəmmüm alıb yatardı”.

Əllamə Təbatəbai.

Əllamə dua və münacat əhlindən idi. Yol gedən zaman belə, dili zikrdən qalmazdı. Nafilələri yerinə yetirərdi. Hətta yol gedən zaman belə, nafilə namazlarını qılardı. Ramazan ayı boyunca gecələri səhərə qədər oyaq qalardı.

Rəhmətlik İmam (r).

Rəhmətlik İmamla Nəcəfdə yoldaş olan alimlərdən biri nəql edir: “Alim Ramazan ayında hər gün Qurandan on cüz oxuyardı”.

Rəhmətlik İmamın övladı nəql edir: “Alimin ibadət proqramı belə idi ki, Ramazan ayında gecədən səhərə qədər dua və ibadətlə məşğul olardı. Sübh namazından sonra bir qədər istirahət edər, sonra işlərini görərdi.

Ramazan ayı alim üçün xüsusi əhəmiyyətə malik idi. Bu ayda görüşlərini təxirə salar və daha çox Quran tilavəti və ibadətlə məşğul olardı. Bu ayda şeir oxumaz, şeirə qulaq asmazdı.

Bu ayda İmam (r) çoxlu göz yaşı tökərdi və yanında olan dəsmalı yaş olardı. Bəzən ona cib dəsmalı kifayət etmirdi və o, böyük dəsmallardan istifadə edərdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031