Alim çəyirtkələrə hansı əmri verdi?
Mьəllif: admin1
Tarix: 4-05-2019, 23:22
Alim çəyirtkələrə hansı əmri verdi?
Məşhəd şəhərinin sakinlərindən olan Hacı Abbas Fəxrələddin nəql edir: “Bir il tarlamda çoxlu noxud əkmişdim. Ancaq çəyirtkələr tarlama hücum etdilər və məhsulu yeməyə başladılar.

Artıq məhsulun hamısı məhv olmaq üzrə idi. Yardım niyyətilə Ayətullah Noxudəkinin yanına gəldim və əhvalatı ona danışdım.

Alim dedi: Çəyirtkələrin də ruzisi vardır.

Dedim: Bu yolla tarlamda məhsul qalmayacaqdır.

Alim fikrə getdi və dedi: Çəyirtkələrə tapşırıram ki, sabahdan sənin tarlandakı məhsulu deyil, ot və ələfləri yesinlər.

Bundan sonra tarlama qayıtdım və gördüm ki, çəyirtkələr həqiqətən də noxudları deyil, onun ətrafında olan otları yeyirlər. Nəticədə məhsulum xilas oldu və ondan mənfəət əldə edə bildim”.

Böyük alim və arifin dərəcəsi o qədər böyük idi ki, Uca Allahın lütf və inayəti ilə, hətta bu səviyyədə buyuruşları da həyata keçirdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930