Həyat yoldaşı və övladların hidayətini istəmək
Mьəllif: admin1
Tarix: 4-05-2023, 12:01
Həyat yoldaşı və övladların hidayətini istəmək
رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا


“Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan, 74).

İzah: Müsəlmanın vəzifələrindən biri öz ailəsini doğru yola yönəltməkdir. Buna görə də möminlər daim özlərinin, həyat yoldaşlarının və övladlarının doğru yola yönəlməsini və hidayət olunmasını Allahdan istəmişlər.

Bu mühüm hacətə peyğəmbərlərin (ə) duasında çox rast gəlirik. Nümunə üçün “Bəqərə” surəsinin 128, “Ali-İmran” surəsinin 38, “İbrahim” surəsinin 38-40 və “Əhqaf” surəsinin 15-ci ayələrini göstərmək olar.

Bu ayədə bəyan olunan ikinci hacət möminlərin və pəhrizkarların rəhbərliyidir. Bu istək möminlərin yüksək ruhundan və əhvali-ruhiyyəsindən xəbər verir.

Belə ki, onlar imanın aşağı mərhələləri ilə kifayətlənmir, Allahdan onları xüsusi övliyaları cərgəsinə qoşmasını və başqalarına dini örnək etməsini istəyirlər.

Bu ayələrdə dua qaydalarından iki nümunə qeyd olunmuşdur: 1. Başqaları, xüsusilə yaxınlar və ailə üçün dua etmək; 2. Yüksək əhvali-ruhiyyə ilə dua etmək və ən üstün hacətləri istəmək.

Hədis: İslam peyğəmbəri (s): “Dörd nəfərin duası rədd olunmur: Ədalətli rəhbər, atanın övladı üçün etdiyi dua, insanın qardaşı yanında olmadıqda onun üçün etdiyi dua və məzlumun duası.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 355, hədis: 5762).

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930