Həzrət Davudun (ə) Zəburunda İmam Məhdi (ə.f) barədə nə buyurulub?
Mьəllif: admin1
Tarix: 1-05-2019, 21:58
Həzrət Davudun (ə) Zəburunda İmam Məhdi (ə.f) barədə nə buyurulub?
Həzrət Davudun (ə) Zəbur kitabında İmam Məhdinin (ə.f) zühur xəbərləri verilmişdir. Demək olar ki, Zəburun hər bir hissəsində Həzrətin (ə.f) zühuruna işarə edən xəbərlər vardır.

Salehlərin şər insanlara qələbə çalması, beynəlxalq bir dövlətin təşkil ediləcəyi, bütün dinlərin vahid bir din ətrafında toplaşması... kimi xəbərlər verilmişdir.

Qurani-Kərim Zəburun bu xəbərləri haqqında buyurur: “Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb, ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105).

Bu ayə buyurur ki, Allahın saleh bəndələri – yerin varisi olacaqlar. Həm Əhli-Beyt (ə) təfsirçiləri və həm də əhli-təsənnün təfsirçiləri bu saleh bəndənin İmam Zaman ağa (ə.f) olduğunu təsdiq edirlər.

Zəburda buyurulur: “Şər insanlar dağılacaqdır, ancaq Allahın intizarını çəkənlər, yerin varisi olacaqlar. Bir müddətdən sonra şər insanlar qalmayacaqdır. Çünki onların biləkləri sındırılacaqdır. Ancaq Allah saleh bəndələrini təsdiq edəcəkdir. (Dünya) onların mirası olacaqdır – əbədi olaraq”.

Başqa yerdə buyurulur: “Millətləri insafla mühakimə edəcəklər. Səma şadlıq edəcəkdir. Yer sevinəcəkdir. Səhra və onda olan hər şey cuşa gələcəkdir. Bu zaman meşələrdə olan ağaclar Allahın hüzurunda tərənnüm edəcəklər. Gələcəkdir, dünyanı mühakimə etmək üçün gələcəkdir”.

Beləliklə deyə bilərik ki, Zəburda İmamın (ə.f) zühuru haqqında çox məlumat verilmişdir. Bu səma kitabının ən azı 35 hissəsində İmamın (ə.f) zühuru haqqında ümumilikdə 150-yə yaxın məlumat mövcuddur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930