Ata və anaya münasibətdə vacib olan 3 əməl
Mьəllif: admin1
Tarix: 30-04-2019, 22:32
Ata və anaya münasibətdə vacib olan 3 əməl
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın iki mələyi vardır ki, onlardan biri deyər: “Allahım! Valideyninə yaxşılıq edənləri hər bir şər və bəladan qoru!”.

O birisi deyər: “Allahım! Ağvalideynləri onlara qəzəb etdiyin üçün həlak et!”.

Əlbəttə ki, mələklərin duaları qəbul olar”.

Müsəlman bilməlidir ki, Allahın razılığı – valideynin razılığındadır. Valideyn insandan razıdırsa, deməli Allah da ondan razıdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın razılığı – valideynin razılığındadır. Qəzəbi – onun qəzəbindədir. O kəs ki, valideyni ondan razı olar, Allah da ondan razı olar. O kəs ki, valideyni ondan narazı olar, Allah da ona qəzəblənər”.

Müqəddəs dinimiz ata və anaya münasibətdə vacib olan üç əməli bizlərə çatdırır.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizin üçün ata və ananıza görə üç əməl vacibdir:

1. Hər bir halda onlara təşəkkür edin.

2. Onlara itaət edin və İlahi günahdan başqa, qadağalarına (nəsihətlərinə) qulaq asın.

3. Aşkarda və gizlində onların xeyirxahı olun”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031