İnsanda qorxu hissi olmalıdırmı?
Mьəllif: admin1
Tarix: 30-04-2019, 10:16
İnsanda qorxu hissi olmalıdırmı?
Qorxu, yəni xovf – insanın, gələcəkdə onu gözləyən xoşagəlməz hadisələrə görə nigaran olması və qorxmasıdır.

Allah Təala Qurani-Kərimdə buyurur ki, həqiqi mömin o kəsdir ki, Ona xovf və rəca ilə ibadət edər. Bu ikisi arasındakı balans pozulmamalıdır. Yəni, xovf rəcanı üstələməməlidir, nə də rəca xovfu. Hər ikisi eyni həddə olmalıdır.

Bəyənilən xovf – insanın İlahi əzabdan qorxmasıdır. Bəyənilməyən xovf isə insanın Allahdan qeyrisindən qorxmasıdır.

Xovfun dərəcələri vardır. İslam əxlaqının nəzərinə görə xovfun üç dərəcəsi vardır:

1. Mütilik.

2. Təqva.

3. Doğruluq.

Bu tərtiblə xovfun ən aşağı dərəcəsi odur ki, insan əxlaqın qadağan etdiklərindən çəkinsin. Buna mütilik halı deyilər.

O zaman ki, insanın xovf hissi güclənər, insan nəinki qadağalardan, hətta şübhələrdən belə uzaq durar. Buna təqva halı deyərlər.

Doğruluq halı isə odur ki, insan ona mübah olanlardan belə çəkinər. Qorxar ki, məbada bu yolla günaha bulaşsın.

Xovfu güclü olan insan başdan-ayağa Allaha xidmət üçün hazır olar. Ehtiyacı olandan çox xərcləməz. Dünya zinətlərinə və başqalarının əlində olana göz dikməz. Bu məqamı əldə edən şəxsə siddiq deyərlər. Ona görə də siddiq insanda həm mütilik olar, həm də təqva.

“Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi”. (“Əraf” 154).

“Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür”. (“Bəyyinə” 8).

Xovfun ziyanları varmı? Hansıdır?

Əslində xovf – sanki bəndənin üzərində olan şallaqdır. O zaman ki, bu şallaq ya güclü və ya da zəif olarsa, insandan rəcanı alar və naümidliyə çevirər. Ona görə də xovf hissində ifrat etmək – insanı İlahi rəhmətdən ümidsiz edər. Bu səbəbdən Quran buyurur ki, xovf hissində də gərək etidal olsun. (İslami saytlara istinadən)

“Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»”. (“Hicr” 56).

«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).

Bəzən də insan xovfu aqibətinin pis olmasına görə olar. Amma bu qorxuya görə dünyadan tamam uzaqlaşar və qəlbindəki Allah sevgisi soyuyar. Hər kimin qəlbində belə qorxusu olarsa, bilsin ki, rəzil xəstəliyə düçar olmuşdur.

İnsan gərək qorxu və ümidin daimi balansını saxlasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031