Alimləri və seyyidləri ziyarət etmək – Əhli-Beytin (ə) bəyəndiyi əməldir
Mьəllif: admin1
Tarix: 27-04-2019, 14:44
Alimləri və seyyidləri ziyarət etmək – Əhli-Beytin (ə) bəyəndiyi əməldir
Alimləri və seyyidləri ziyarət etmək – məkarim əxlaqdan hesab olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Mən Qiyamət günü dörd dəstənin şəfaətçisiyəm, baxmayaraq ki, dünya əhlinin günahlarını özləri ilə gətirsələr belə:

1. O kəslər ki, mənim övladlarıma yardım edərlər.

2. O kəs ki, övladlarımın ehtiyacı olduğu zaman sərvətini ona əta edər.

3. O kəs ki, dili və qəlbi ilə övladlarımı sevər.

4. O kəs ki, övladlarım giriftar olan zaman onları aradan qaldırmaq üçün səy göstərər”.

İmam Kazım (ə) buyurur: “O kəsin ki, bizi görməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələrin görüşünə getsinlər ki, bizi görməyin savabı onun üçün yazılar.

O kəsin ki, bizi ziyarət etməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsinlər ki, bizi ziyarət etməyin savabı onun üçün yazılar”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031