Haqq tərəfdarı olanların nişanələri bu cür olur
Mьəllif: admin1
Tarix: 23-04-2023, 11:31
Haqq tərəfdarı olanların nişanələri bu cür olur

O insan ki, özünü tanıma yolu ilə Allahı tanıyar – haqq tərəfdarı olar. Bu insanın qibləsi haqq olar. Öz ziyanını düşünməz, ancaq haqqı düşünər.

İmam Sadiq (ə) buyurur: “Həqiqi imanın nişanəsi odur ki, haqqı zahirdə ziyanınıza olsa belə, qəbul edəsiniz. Batili faydanıza olsa belə, qəbul etməyəsiniz”.

Haqq tərəfdarlarını bu nişanələr ilə tanımaq olar:

1. Qəzəbdən uzaq olarlar. Haqq tərəfdarı olan insan, həyatının üç halında: xoşluqda, qəzəbdə və qüdrətdə haqqa əməl etməkdən çəkinməz.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç sifət hər kimdə olarsa, imanı kamil olar:

- Xoşluq zamanı batilə meyil etməz.

- Qəzəblənən zaman haqq dairəsindən çıxmaz.

- Qüdrət zamanı öz malı olmayana əl uzatmaz”.

2. İnsanlara qarşı insaflı olar. Haqq tərəfdarı olan şəxsin nişanələrindən biri də insaflı olmaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqi mömin o kəsdir ki, insanlarla rəftarda insaflı olar”.

3. Nəsihəti qəbul edər. İmam Əli (ə) buyurur: “Nəsihəti qəbul etmək – insanın üstünlüyünün və müvəffəqiyyətinin nişanəsidir”.

4. Dindarlıq. İmam Səccad (ə) buyurur: “Heç bir ibadət, dinə elm və həmahənglikdən başqası ilə həyata keçməz”.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031