İnsanlar məhşər səhrasından sonra cənnətə və cəhənnəmə necə gedəcəklər?
Mьəllif: admin1
Tarix: 23-04-2023, 11:27
İnsanlar məhşər səhrasından sonra cənnətə və cəhənnəmə necə gedəcəklər?
O zaman ki, Qiyamət günü gəlib çatar, insanlar 50 dayanacağı keçməli olacaqlar. Bu dayancağın sonunda məlum olacaqdır ki, kim cənnnətə gedir, kim cəhənnəmə.

Birinci dayanacaq. İnsanın qəbrindən çıxmasıdır. İmam Əli (ə) buyurur: “Bu dayanacaqda insanlar min il bədənləri və ayaqları çılpaq halda, susuz və ac halda həbs ediləcəklər. Hər kimin Allaha, behiştə, cəhənnəmə, dirilməyə, hesab verməyə, Qiyamətə imanı olarsa aclıq və susuzluqdan nicat tapacaqdır”.

İkinci dayanacaq. Əməllərin ölçülməsidir. Quran buyurur: “Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar! Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!”. (“Əraf” 8-9).

Üçüncü dayanacaq. Hesab verməkdir. İslam Peyğəmbəri (s) buyurur: “Qiyamət günü bəndə addım atmaz, məgər o halda ki, ondan dörd şey haqqında soruşular:

1. Ömrünü nəyə sərf etmişdir.

2. Cavanlığını hansı yolla qocaltmışdır.

3. Malını haradan əldə edib, hansı şey üçün xərcləmişdir.

4. Əhli-Beytə (ə) məhəbbətindən”.

Dördüncü dayanacaq. Əməl dəftəridir. Allah Təala buyurur: “Əməl dəftərləri (Haqq Təala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman”. (“Təkvir” 10).

Beşinci dayanacaq. Sirat körpüsüdür. Hər kəs bu körpünün üstündən keçməli olacaqdır. Əgər behişt əhli olsa, körpünün sonuna qədər gələ biləcəkdir. Əgər cəhənnəm əhli olsa, körpünün yarısından və ya əvvəlindən cəhənnəmə süqut edəcəkdir.

“Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür”. (“Məryəm (s.ə)” 71).

Sirat körpüsü cəhənnəmin üzərində qurular və behiştə doğru gedər. Ona görə də bu ayə buyurur ki, cəhənnəmə girməyən insan qalmayacaqdır.

Beləliklə deyə bilərik ki, insanı qəbirdən qalxandan sonra 50 dayanacaq gözləyər ki, hədislərimizin buyurduğuna görə, hər bir dayanacaq min il çəkər.

Yəni, insanların bir dayanacaqdan başqasına keçməsi min il çəkər. Beləliklə 50 min il ərzində onların taleyi həll olunar və hesab verib, əməl dəftərlərini alıb, Siratdan keçib, öz əbədi mənzillərinə qovuşarlar.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031