Ən yaxşı ev hansıdır?
Mьəllif: admin1
Tarix: 21-02-2023, 10:51
Ən yaxşı ev hansıdır?
Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.

Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.

Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”.

İmam Əli (ə) buyurur: “Yetimi elə tərbiyə et ki, necə öz övladını tərbiyə edirsən. Cəzalandıran zaman onu o şeylə vur ki, övladını vurursan”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim yetimin başına nəvaziş əlini çəkərsə, əlinin altından keçən hər tükün sayına görə Allah ona bir neçə qat həsənə mükafat verər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031