Şəban ayında bir əməlin savabının miqdarı...
Mьəllif: admin1
Tarix: 21-02-2023, 11:05
Şəban ayında bir əməlin savabının miqdarı...
Dini mətnlərimizdə Rəcəb və Şəban ayları mübarək Ramazan ayına daxil olmaq üçün bir müqəddimə və hazırlıq kimi tanıtdırılır, təqdim olunur.

Elə bu səbəbdən, Allah yolunun yolçuları bu aylarda Allaha ibadət və itaət, dua və raz-niyaz üçün xüsusi vaxt ayırırlar. Məsumlarımızdan nəql olunan hədislərdə də bu aylara əhəmiyyət təkidlə tövsiyə olunur və hər bir əmələ 70 savab veriləcəyi vurğulanır.

Aşağıdakı rəvayətdə bunu açıq-aşkar başa düşmək olar. İbn Abbasdan nəql olunur ki, səhabələr Şəban ayının fəzilətindən danışarkən, Peyğəmbəri-Əkrəm (s) buyurdu:

شَهْرٌ شَرِیفٌ وَ هُوَ شَهْرِی وَ حَمَلَةُ الْعَرْشِ تُعَظِّمُهُ وَ تَعْرِفُ حَقَّهُ وَ هُوَ شَهْرٌ زَادَ اللَّهُ فِیهِ أَرْزَاقَ الْمُؤْمِنِینَ لِرَمَضَانَ وَ تُزَیَّنُ فِیهِ الْجِنَانُ وَ إِنَّمَا سُمِّیَ شَعْبَانَ لِأَنَّهُ یَتَشَعَّبُ فِیهِ أَرْزَاقُ الْمُؤْمِنِینَ لِرَمَضَانَ وَ هُوَ شَهْرُ الْعَمَلِ فِیهِ تُضَاعَفُ الْحَسَنَةُ سَبْعِینَ وَ السَّیِّئَةُ مَحْطُوطَةٌ وَ الذَّنْبُ مَغْفُورٌ وَ الْحَسَنَةُ مَقْبُولَةٌ وَ الْجَبَّارُ جَلَّ جَلَالُهُ یُبَاهِی فِیهِ بِعِبَادِهِ یَنْظُرُ مِنْ عَرْشِهِ إِلَی صُوَّامِهِ وَ قُوَّامِهِ فَیُبَاهِی بِهِمْ حَمَلَةَ عَرْشِهِ.

“Şəban ayı çox şərəfli bir aydır və mənim ayımdır. Ərşi daşıyan mələklər bu ayı əzəmətli sayar, haqqını tanıyarlar. Bu ay elə bir aydır ki, möminlərin ruzisi bu ayda Ramazan ayına xatir artırılar və Behişt zinətləndirilər.

Bu ayda möminlərin ruziləri bölündüyü üçün, ona Şəban deyilmişdir. Bu ay əməl ayıdır və yaxşı əməlin savabı 70 qat yazılar, pis işlər əməl dəftərindən pozular, günahlar bağışlanar, yaxşı işlər və ehsanlar qəbul olunar.

Bu ayda Allah-Taala öz mömin bəndələrinin gündüzləri oruc tutmaları və gecələri namaz qılmaları ilə ərşi daşıyan mələklərə fəxr edər.” (“Səvabul-əmal”, Şeyx Səduq, səh.62.)


(Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031