On ikinci İmamın adından sonra yazılan (ə.f) hərflərinin mənası nədir?
Mьəllif: admin1
Tarix: 16-04-2019, 10:05
On ikinci İmamın adından sonra yazılan (ə.f) hərflərinin mənası nədir?
Müqəddəs adları yazdıqdan və söylədikdən sonra onlara olan hörmətimizi göstərməliyik.

Məsələn, imamların adlarından sonra “əleyhissalam” deyilir, yaxud bunun qısaldılmış şəkli olan (əs) və ya (ə) yazılır.

Həzrət Mühəmməd Peyğəmbərin adı çəkiləndə və ya yazılanda isə salavat söyləmək, həzrətin özünə və nəslinə salam göndərmək az qala vacib səviyyəsində təkid edilən müstəhəb əməldir.

On ikinci İmamın zühurunu gözləmək və buna hazırlaşmaq hər bir müsəlmanın vəzifəsidir. O həzrətin adı çəkilərkən ərəb dilində “Allah onun zühurunu tezləşdirsin” mənasını verən “əccəlallahu fərəcəhu” ifadəsi deyilir. Yazıda bunu qısa şəkildə baş hərfləri ilə (ə.f) formasında ifadə edirlər.
(islam.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031