İnsanlarla necə rəftar edək? – Məsumların (ə) buyuruşu
Mьəllif: admin1
Tarix: 4-03-2023, 21:58
İnsanlarla necə rəftar edək? – Məsumların (ə) buyuruşu
İnsanlarla necə rəftar etməklə bağlı Məsumlardın (ə) mübarək buyuruşlarına diqqət edək.

Əmirəl-möminin (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur ki, Allaha imandan sonra ağlın başlanğıcı – insanlara məhəbbətlərini bildirib, onlarla dost olmaqdır”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Allaha görə qardaşı ilə görüşərsə, Allah Təala buyurar: “Mənimlə görüşmüsən və görüşməyinin savabı Məndəndir. Sənin üçün behiştdən başqa savaba razı olmaram””.

İmam Sadiq (ə) buyurur: “Həzrət İsa (ə) dostlarından bəzisinə buyurardı: “O şeyi ki, sənə qarşı etməklərini sevmirsən, başqalarına qarşı etmə””.

İmam Əli (ə) buyurur: “O zaman ki, qardaşınızla görüşürsünüz, əl verin. Onlarla gülərüzlə görüşün ki, bir-birinizdən ayrılan zaman günahlarınız bağışlansın”.

İmam Əli (ə) buyurur: “Allah o müsəlmanı sevir ki, özü üçün istədiyini din qardaşı üçün də istəsin. O şeyi ki, özü üçün istəmir – başqası üçün də istəməsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən aqil insan o kəsdir ki, insanlara qarşı daha çox mehriban olar. Ən xar insan o kəsdir ki, insanlara xəyanət edər”.

İmam Əli (ə) buyurur: “Qonşular sizə Allahın tapşırdıqlarıdır. Peyğəmbər (s) davamlı olaraq qonşuları o qədər tapşırardı ki, biz onların bizdən irs apardığını güman edərdik”.

İmam Həsən (ə) buyurur: “İnsanlarla o cür rəftar et ki, səninlə o cür rəftar edilməsini sevirsən”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930