Vəhdətdə yaşamağımız – Qurana sadiqliyimizin təzahürlərindən biridir
Mьəllif: admin1
Tarix: 8-04-2019, 21:45
Vəhdətdə yaşamağımız – Qurana sadiqliyimizin təzahürlərindən biridir
Quran – insanların hidayət çırağıdır. Qurana baxış gərək dərin olsun. Bu diqqət isə Quran ayələrinin mənasını anlayaraq meydana gəlir.

Quran – insan həyatının mühüm əsaslarındandır. O kəs ki, Quran oxuyar, həyatında onun təsirlərini hiss edər.

Quran bizlərə çatdırır ki, millətlər arasında həmişə münaqişələr olmuşdur. O səbəbdən buyurur: “Və hamılıqla Allahın ipindən (dindən, Kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın.

Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.

Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız”. (“Ali-İmran” 103).

Quran tövsiyə edir ki, insanlar millət baxımından fərqlənsələr də, gərək qardaş olsunlar.

Quran tək səma kitabıdır ki, onun doğruluğu barəsində heç kəsin şəkki yoxdur. Və onun qardaşlıq çağırışları, vəhdətə dəvəti çox israrlıdır.

Quranı sevək, onunla dost olaq və ona qarşı sadiq olaq. Vəhdətdə yaşamağımız – Qurana sadiqliyimizin təzahürlərindən biridir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930