Günün hədisi: Əhli-beytdən (ə) olmağın yolu
Mьəllif: admin1
Tarix: 6-04-2019, 10:18
Günün hədisi: Əhli-beytdən (ə) olmağın yolu
İmam Əli (ə):

يا كُمَيْلُ! لا تَأْخُذْ الّا عَنَّا، تَكُنْ مِنَّا

“Ey Kumeyl, bizdən olmaq istəyirsənsə, dini maarifi bizdən öyrən!”

(“Biharul-ənvar”, c.74, səh.412.)

Qısa izah

Bəziləri “vilayət” və “imamət” məsələsinə ötəri yanaşır, məsum imamlara aşiqanə matəm saxlayıb sinə vuran və ağlayan, onlara təvəssülü tərk etməyənləri “vilayət əhli” adlandırırlar; yəni vilayət əhli adını daşımaqda məsum imamlara məhəbbət və əzadarlığı kifayət bilir və hətta bəziləri vilayətin günah və xilafkarlıqla cəm olduğunu belə, təsəvvür edirlər!

Əlbəttə, “vilayət”in müxtəlif mərhələləri var ki, yalnız bir mərhələsi onların xatirəsinə təşkil olunan əzadarlıq mərasimlərində iştirak etməkdir. Şübhəsiz, bu, kifayət deyil və həqiqi vilayət odur ki, həyatın bütün proqramlarını o həzrətlərin göstərişləri əsasında tənzimləmək və həqiqi İslam maarifini onlardan öyrənməkdir. Salman Farsi qədəmini Əhli-beyt imamlarının (ə) qədəmlərinin yerinə qoyduğu və onların göstərişlərindən çıxmadığı üçün, “Əhli-beyt” üzvlərindən sayılmışdır.

Düzgün və həqiqi vilayət təfəkkür tərzinin müqabil nöqtəsi isə aşağıdakı mətləblərdən ibarətdir:

1. İnsan öz xəyal və gümanlarına qapılıb, aldadıcı zahirlə bəzənsin.

2. Öz əqli və şəxsi fikrinə önəm versin, Quran və sünnə dilindən düşmədiyi halda, göstərişləri ilə addımlamasın, özünü onların şagirdi deyil, ustadı bilsin! Yəni bir məsələdə qərar çıxardıqdan sonra, Quran ayələri və məsumların rəvayətlərini onunla tətbiq etsin. Öz şəxsi nəzərlərini Allahın dininə yükləsin, Quran ayələrini yanlış mənada təfsir etsin. Bir sözlə, “şəxsi nəzərə əsaslanan təfsir” və “yeni qiraət”ə əl atsın.

3. Öz əqli və şəxsi fikrinə önəm verdiyi, Quran və sünnənin şagirdi olmadığı halda, bidət və təhriflərə əl ataraq, bəzi məsələləri dindən xaric, bəzilərini isə dinə daxil etsin, dinlə qeyri-dini Allahın dini və ayini adı ilə bir-birinə qarışdırsın.

İlahi, bizi bu təhlükəli yollardan uzaqlaşdır ki, İslam maarifini Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beytindən (ə) əxz etməklə vilayətin həqiqət və mahiyyətini dərk edək!

(Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031