Xanım, uşaqların yanında atanın ehtiramını gözləməlidir
Mьəllif: admin1
Tarix: 6-05-2022, 11:36
Xanım, uşaqların yanında atanın ehtiramını gözləməlidir
Əgər bir xanım kimi ailədə dəyərə malik olmaq istəyirsinizsə, gərək evin böyüyü olan həyat yoldaşınızın ehtiramını hər bir halda saxlayasınız.

Əgər ailədə həyat yoldaşınıza hörmət etsəniz və uşaqlar da buna şahid olsalar, o zaman hər ikinizin də sözü onlar üçün qanun olacaqdır.

Nəticədə ailədə nəzm qorunacaq və uşaqlar sağlam tərbiyə ala biləcəklər.

Ona görə də xanım çalışmalıdır ki, həyat yoldaşının məqamını uşaqlara düzgün izah edə bilsin. Ona hörmət etməklə yanaşı, uşaqlara başa salmalıdır ki, əgər ataları onlara sual verirsə, gərək düzgün cavab versinlər və onun sözünə qulaq assınlar.

Siz bu deyilənləri sözlə deyil, rəftarınızla da uşaqlarınıza öyrədə bilərsiniz. Əgər həyat yoldaşınıza danışıq və rəftarda ehtirama riayət etsəniz, bu, uşaqlarınız üçün əməli tərbiyə olacaqdır.

Əgər həyat yoldaşınız uşaqların yanında sizə səsini qaldırsa, xəlvətdə ona başa salın ki, uşaqların yanında bir də belə etməsin. Çünki, onların tərbiyəsinə mənfi təsir göstərir.

Əgər siz həyat yoldaşınıza hörmət etmir, əksinə onu hər dəfə görən zaman deyinirsiniz və təhqir edirsinizsə, bir müddət sonra eyni rəftarı uşaqlardan özünüzə qarşı görəcəksiniz.

Dinimz həm qadın və həm kişinin ailədə yerinə yetirməli olduğu işləri müəyyən etmiş və həyat yoldaşlarının boynuna müəyyən haqlar qoymuşdur.

Əgər bu haqlara əməl olunar və hər kəs boynuna düşən vəzifəni yerinə yetirərsə, o zaman həqiqətən də ailə onun üçün cənnət ocağı olar. Əks halda isə cəhənnəmdən heç də fərqlənməz.

Xanım çalışmalıdır ki, ərinin, ailə üçün etdiyi səyləri dəyərləndirsin və ona təşəkkür etsin. Eyni əməli qarşı tərəf də gözləyər.

Bu deyilənləri etmək heç də çətin deyildir. Ancaq bu əməllər sizə hüzur gətirəcək və ailədə əmin-amanlığı təmin edəcəkdir.

Siz bu yolla uşaqlarınıza başqaları ilə düzgün rabitə qurmağı öyrədərsiniz. Əgər başqa birisi də onlar üçün yaxşı iş görsə, ona təşəkkür edib, həmin şəxsin qədrini biləcəklər. Bu da ictimai rabitələrin güclənməsinə və övladınızın sağlam bir şəxsiyyət kimi böyüməsinə gətirib çıxardacaqdır.

Mühüm bir nöqtəni də qeyd edək ki, bəzi xanımlar həyat yoldaşlarının ardınca qeybət etməyə vərdiş ediblər. Bəzən bu işi uşaqların yanında edirlər. Belə olan halda uşaqlar da elə bilir ki, başqalarının dalınca qeybət etmək heç də pis iş deyildir. Eyni zamanda həyat yoldaşının dəyərini alçaltmış olarsınız.

Ona görə də xanımlar! Çalışın ərinizin dalınca qeybət etməyəsiniz və onun eyiblərini başqalarının yanında dilinizə gətirməyəsiniz. Əksinə, çalışın ona dayaq olun və evə yoğrun gələn zaman onun rahatlıq və şadlıq mənbəyi olun. Uşaqlarınız bu mənzərəni görən zaman onlar da sizin kimi olmağa çalışacaqlar.

Hər bir halda ailənin əmin-amanlığı xanımın rəftarından çox asılıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930