Qiyamət günü Uca Allah belə insanlara rəhm edəcəkdir
Mьəllif: admin1
Tarix: 5-04-2019, 10:07
Qiyamət günü Uca Allah belə insanlara rəhm edəcəkdir
Dinimiz məkarim əxlaqı, mülayim xasiyyətə malik olmağı, insanlara şəfqət göstərməyi həmişə mədh etmiş və insanları ona dəvət etmişdir. Bu fəzilətli sifətlər insanları həm dünyada və həm də axirətdə əziz edər və Allahın sevimlisi olarlar.

«Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq».

Buyurdu: «(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam». (“Əraf” 56).

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlmana rəhm etməzsə, Allah da ona rəhm etməz”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah, Öz bəndələri arasından ancaq rəhm edənlərə rəhm edər”.

“Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik”. (“Yusif” 56).

Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinə rəhm etməkdə, dostluq etməkdə, bir-birinə qovuşmaqda möminin məsəli – bir bədənin məsəlinə bənzəyir. Onun bir üzvü ağrıyan zaman, başqa üzvlər də oyaq qalmaqda və hərarətə malik olmaqda onunla həmdərd olarlar”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Allah Öz məxluq və bəndələrinə qarşı şəfqətli və mehribandır. O kəslərin ki, onlar üçün ürəkləri yanar, Allahın diqqətində qərar tutar və onları sevər”.

Ona görə də hər iki dünyanın səadət və xoşbəxtliyi mülayim xasiyyətə malik olmaqda, şəfqətdə və məkarim əxlaqdadır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930