Borclu ölən şəxsin cənazə namazı
Mьəllif: admin1
Tarix: 2-04-2019, 15:27
Borclu ölən şəxsin cənazə namazı
Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”.

Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”.

Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”.

Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”.

Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”.

Deyir: “Bəli”.

Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır.

Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi.

Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır.

Allah Təala bizləri insanların haqqını hər zaman ödəmək durumunu nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930