Günün hədisi: Əvvəl özün, sonra başqaları
Mьəllif: admin1
Tarix: 2-04-2019, 10:53
Günün hədisi: Əvvəl özün, sonra başqaları
İmam Əli (ə):

مَنْ نَصَبَ نَفْسَهُ لِلنَّاسِ اماماً فَعَلَيْهِ انْ يَبْدَأَ بِتَعْليمِ نَفْسِهِ قَبْلَ تَعْليمِ غَيْرِه‏، وَ لْيَكُنْ تَأْديبُهُ بِسيرَتِه‏ قَبْلَ تَأْديبِه‏ بِلِسانِه

“Özünü camaata rəhbər edən şəxs onları maarifləndirməmişdən əvvəl özünü maarifləndirməli və dili ilə tərbiyələndirməmişdən əvvəl əməlləri ilə təlimləndirməlidir.”

(“Biharul-ənvar”, c.2, səh.56.)

Qısa izah

Hidayət və rəhbərlik məqamında olanlar, istər bir ölkə kimi böyük, istərsə də, ailə ocağı kimi kiçik bir məcmuədə olsunlar, nəzarəti altında olanların onların sözlərinə qulaq asmaq və göstərişlərinə itaət etməyə meyilli olurlar. Psixologiya elmində cəmiyyətə nüfuz yolları ilə bağlı geniş bəhslər irəli sürülsə də, daha çox süni xarakter daşıyır.

İslam təlimlərində isə bu sahədə insanın fitrət və təbiəti ilə uzlaşan mühüm göstərişlər verilmişdir ki, buna uyğun hədisi misal göstərmək olar.

İmam Əli (ə) hədisin birinci hissəsində buyurur: “Başqalarını öyrətməzdən qabaq özün öz müəllimin ol!” Özü xəstə olan təbib öz xəstəliyini müalicə edə bilmirsə, sözsüz ki, digər xəstələrin müalicəsində aciz qalacaq. Məşhur ərəb şairi Kumeyt ibn Zeyd ibn Xuneys necə gözəl demişdir:

و غير تقى يأمر الناس بالتقى طبيب يداوى الناس و هو عليل


“İnsanları təqvaya çağıran təqvasız insan xəstə insanları müalicə edən xəstə təbibə bənzəyir.” (“Təfsiri-Qummi”, c.1, səh.46; “Əl-qədir”, c.2, səh.196.)

İmam Əli (ə) hədisin ikinci hissəsində buyurur: “Başqalarını (yaxşı) əmələ dəvət etməmişdən əvvəl özün ona əməl et!”

Əməlsiz alimin öyüd-nəsihətləri daha çox istehzaya bənzəyir. Hədislərdə də əməlsiz alimlə bağlı maraqlı təşbehlər söylənilmişdir. (Bax: “Mizanul-hikmət”, fəsil 3628.)


(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930