Heç bir bədən üzvü onun kimi əzab görməz
Mьəllif: admin1
Tarix: 31-03-2019, 10:28
Heç bir bədən üzvü onun kimi əzab görməz
Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində dilin ziyanlarına işarə edərək buyurmuşdur: “İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Dil – o vəhşidir ki, əgər boş buraxsan, sənə ziyan vurar və səni parçalayar”.

Həqiqətən də, dil – bir əqrəbdir ki, əgər siz onu boş buraxsanız, sizi ziyana sala bilər. Dil haqqında nəinki Ğəzali, o cümlədən başqa alimlər də 20-dən çox günah saymışdılar. Onlar deyirlər ki, bədən üzvlərindən ən çox günah edəni – məhz dildir.

Nəql edilir ki, dil hər gün bədən üzvlərinə sual verir ki, halınız necədir? Onlar da cavabında deyirlər ki, əgər sən imkan versən, biz amanda olarıq.

Quran buyurur: “(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 17-18).

İnsanın dediyi və etdiyi hər bir əməli yazan mələklər vardır. Onların hər biri insanın yaxşı və pis əməlini və sözünü qeydə alar və Qiyamət günü əməl dəftərində ona təqdim edərlər. Bunu dərk edən insan, dilinə hakim olmalıdır.

İnsanın bütün bədən üzvü dildən asılıdır və gözləyərlər ki, dil nə deyəcək və nə edəcəkdir. Onları behiştlik edəcəkdir, yoxsa cəhənnəmlik. Ona görə də dilə hər an nəzarət etmək lazımdır”.

Heç bir bədən üzvü dil kimi əzab görməz.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah dilə elə əzab verər ki, heç bir başqa üzvə o qədər əzab verməz. Dil deyər: “Ey Pərvərdigara! Mənə elə əzab verdin ki, heç bir şeyə belə əzab verməmisən”.

Cavabında deyilər: “Səndən elə bir söz xaric olmuşdur ki, Yer kürəsinin şərqinə və qərbinə çatmışdır. Ona görə nahaq qan tökülmüşdür, mal qarət olmuşdur, namus tapdalanmışdır””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930