Günah əməl insanın daxilində necə formalaşır?
Mьəllif: admin1
Tarix: 29-03-2019, 09:48
Günah əməl insanın daxilində necə formalaşır?
İnsan varlığı iki məcundan xəlq edilmişdir ki, bir məcunu – İlahi fitrət, o birisi isə heyvani hisslərdir.

İnsan İlahi fitrətinə görə Allahı tanıyan, Allahı axtaran, ədalət istəyən, din istəyən varlıqdır. Ancaq heyvani təbiətinə görə şəhvətpərəst, təkəbbürlü, qəzəbli, paxıl, tamahkar, qorxaq və bu kimi xislətlərə aid bir məxluqdur.

Biz gərək nəzərə alaq ki, varlığımızda bu iki sifət vardır. Lakin bunu da yaddan çıxartmamalıyıq ki, Allah bizi ixtiyar sahibi yaratmışdır. Əməl meydanına gəldikdə, əgər İlahi fitrətə meyil etsək – Allaha yaxın olarıq.

Əgər heyvani təbiətimiz fitrətimizə qalib gələrsə, o zaman heyvanların səviyyəsindən də aşağı düşərik. Yəni, həqiqi insan olmağımız – öz seçimimizdən asılıdır. Hər iki sifəti balansda saxlamaq – bizim əsil vəzifəmizdir.

“Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu)göstərmədikmi?!”. (“Bələd” 10).

Allah Təala buyurur ki, Biz insana haqqı və batili göstərmişik. Hansını seçməyində isə azaddır.

İnsanın fitrəti dəyişməz və sabitdir. Ancaq əgər insan nəfsani istəklərinin ardınca gedərsə, fitrətin nurunu azaldar. Peyğəmbərlər (ə), insan qəlblərində olan qabarı aradan aparmaq və İlahi fitrəti ayıltmaq üçün məbus olmuşdular.

Günah əməl, insanın heyvani təbiətindən qaynaqlanır. Ancaq insanın heyvani təbiəti onu günah etməyə vadar etməz. Belə ki, insan ixtiyar sahibidir. Əgər heyvani hisslərini kontrolda saxlaya bilməsə – günah edər və əmmarə nəfsinə məğlub olar.

Hər bir halda insanın İlahi fitrəti onu ancaq pak əməllərə tərəf dəvət etdiyi üçün, günahı qəbul etməz və onu məzəmmət edər. Çünki günah – İlahi fitrətə zidd bir əməldir.

Bu əməl onun saflığını aradan aparar və fitrətin buyurduqlarını insanın yadından çıxarda bilər. Günah – insanın fitrətinə zidd əməl olaraq, insana xas deyildir. Yalnız insanın heyvani hissləri kontroldan çıxarsa, günah əməl meydana gələr.

Beləliklə, günahın mənbəyi – insanın daxilində olan heyvani hisslərdir. İnsan bu hissləri nəzarətdə saxlasa, günah etməz. Yəni, insanın öz heyvani hisslərini nəzarət saxlamaq dərəcəsi, onun günahkarlıq durumu ilə bilavasitə bağlıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930