Şeytan (lən) üçün tövbə yolu açıqdırmı?
Mьəllif: admin1
Tarix: 29-03-2019, 09:45
Şeytan (lən) üçün tövbə yolu açıqdırmı?
Görəsən şeytan üçün tövbə yolu açıqdırmı? Bir neçə səbəbə görə demək olar ki, şeytan üçün tövbə qapısı bağlıdır.

Qurani-Məcid buyurur ki, o əməllər ki, nadanlıq üzündən görülmüşdür, onun üçün tövbə qapısı açıqdır.

“Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. (“Nisa” 17).

Başqa yerdə buyurulur: “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).

Cəhalət dedikdə, bilməmək nəzərdə tutulmur. Bəlkə o çirkin əməldir ki, havayi-həvəsin təsirindən yerinə yetər.

İmam Sadiq (ə) buyurur ki, cəhalət dedikdə məqsəd odur ki, insan bir günah edər, ancaq onun hökmündən xəbərdar olar. O zaman ki, bu əməli yerinə yetirəcəyini qərara alarsa, cahil olar.

Sonra İmam (ə) bu dediklərini bu ayəyə istinad edir: “Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»”. (“Yusif” 89).

Yusifin (ə) qardaşları nə etdikləriin bilirdilər, lakin bu elmləri onların çirkin əməldən saxlamır.

Şeytan (lən) tüğyan və itaətsizlik edərək, Allaha qarşı çıxır və ona görə də onun üçün tövbə qapısı həmişə bağlıdır. Şeytan Allahdan istəyir ki, Allah ona möhlət versin və o, insanları yolundan azdırsın. O, etdiklərini cubran etməyə çalışmadı.

Quran buyurur ki, şeytan həmin günah edəndən sonra öz səadətini təhlükəyə salır. Ona görə də şeytanın günahı o həddədir ki, tövbə qabiliyyətini əldən vermişdir. Tövbəsi qəbul olunası deyildir. Əbədi yeri cəhənnəmdir.

Tövbənin şərtlərindən biri budur ki, keçmişini cubran edəsən. Bu iş şeytan üçün yerinə yetəsi deyildir. Çünki günahı çox ağırdır: Allaha itaətsizlikdən başqa, milyonlarla insanı yolundan azdırmışdır.

O kəs ki, başqasını yolundan azdırar, o zaman tövbəsi qəbul olar ki, həmin insanlar hidayət olsunlar. Necə ola bilər ki, şeytan bu qədər əsr boyunca yolundan azdırdıqlarını yenidən hidayət etsin?



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930