Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür
Mьəllif: admin1
Tarix: 27-03-2019, 22:20
Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 208-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

“Ey iman gətirənlər! Hamılıqla sülhə gəlin (Allaha təslim olun). Şeytanın addımlarına tabe olmayın ki o, həqiqətən, sizin aşkar düşməninizdir.”

Qurani-Kərim aşağıdakı qruplarla sülhlə keçinməyi sifariş edir:

1. Əziyyət verməyən müşriklərlə;

إِنَّمَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَارِكُمْ وَظَاهَرُوا عَلَى إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ وَمَن يَتَوَلَّهُمْ فَأُوْلَئِكَ هُمُ الظَّالِمُونَ

“Allah din yolunda sizinlə vuruşmayan, sizi yurdunuzdan çıxartmayan kəslərlə yaxşılıq etməyi (xoşrəftarlı olmağı) və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Allah ədalətli olanları sevər!” (“Mumtəhinə” surəsi, ayə 8.)

2. Kitab əhli ilə;

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ

“(Ya Rəsulum!) De: “Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o da budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: “Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.”” (“Ali-İmran” surəsi, ayə 64.)

3. Digər müsəlmanlarla; Sözügedən ayə də məhz bu barədədir.

Çoxsaylı rəvayətlərdə dostluq məsum rəhbərə itaət kimi qeyd olunmuşdur. (“Təfsiri-Nurus-səqəleyn”, c.1, səh.205.)

Təbii ki, qalaya daxil olmaq salamatlıq və rahatlıq əldə etməkdir. Bundan da şirin hiss olarmı ki, insan ilahi, məsum, agah, qayğıkeş, bütün dəyər və kamilliklərdə üstün bir rəhbəri olduğunu hiss etsin?!

Bildirişlər

1. Dostluq, salamatçılıq, təslim fəzasına yalnız iman sayəsində daxil olmaq mümkündür.

2. Şəxsi səliqələri bir kənara qoyub, yalnız Allah qanunlarına təslim olaq;

3. Sülhün bərqərarı bütün müsəlmanların vəzifəsidir;

4. Şeytani vəsvəsələr insanı günaha məcbur etmir. İnsanın şeytanla mübarizə gücü var. Ona görə də insana tağuta,zalıma itaət etməmək tapşırılır;

5. Şeytan insanı addım-addım çaşdırır;

6. Şeytanın çaşdırma yolları çoxdur;

7. Şeytan sülh və vəhdətin düşmənidir. Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 208-ci ayənin təfsiri.)


(Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031