İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir?
Mьəllif: admin1
Tarix: 25-03-2019, 19:02
İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir?
İslam dini sağlamlıq gətirən idman növlərini və bu növlər üzərində qurulmuş yarışmaları bəyənir.

Hətta müqəddəslərimizin zamanında atçapma, oxatma, güləş kimi idman növləri üzrə müsabiqələr təşkil edildiyi barədə məlumatlar vardır.

Bu idman növləri, eləcə də, üzgüçülüklə məşğul olmağı tövsiyə edən hədislər də mövcuddur. Lakin idman növünü seçərkən bəzi qaydalara riayət edilməlidir.

Belə ki, idman növü əxlaqa uyğun olmalı, insanın özünə və qarşı tərəfə ciddi fiziki ziyan vurmamalıdır. Əgər bu şərtlər gözlənilməsə, həmin idman növü ilə məşğul olmaq və azarkeşlik etmək haramdır.

Eləcə də, yarışma zamanı qumar elementləri ortada olmamalıdır. Udan tərəfə pul qoymaq, yəni yarışmanı qumara çevirmək günahdır.

Şahmat kimi bəzi stolüstü oyunlarla məşğul olmaq barədə alimlərin rəyi fərqlidir. Bəziləri qumara çevrilməmək şərti ilə, zehni yarışma məqsədi ilə bu oyunları oynamağa icazə verir, bəziləri isə hər bir halda haram bilirlər.

(İslam.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930