Qurani-Kərim bizə ailə tərbiyəsini necə verir?
Mьəllif: admin1
Tarix: 25-03-2019, 18:56
Qurani-Kərim bizə ailə tərbiyəsini necə verir?
Qurani-Məcid - hər bir müsəlman üçün bir həyat dərsidir və hər bir müsəlman nə edəcəyini və necə edəcəyini bu Müqəddəs Kİtabdan öyrənir. Quran bizlərə həyat dərsi verir və bu dərslərin içində ən mühüm dərslərdən biri də ailə dərsidir, ailə tərbiyəsidir.

Ata və oğul rabitəsi.

Həzrət Yəqubun (ə) oğlu Yusif (ə) ilə rabitəsi - ata və oğul rabitəsinə nümunə ola bilər. Yusif (ə) o qədər atası ilə yaxın idi ki, bütün sirlərini ona söyləyərdi.

“(Xatırla) o zaman(ı) ki, Yusuf öz atasına (Yəquba) dedi: «Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; onları mənə səcdə edən gördüm».

Dedi: «Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən Şeytan insanın açıq-aydın düşmənidir»”. (“Yusif” 4-5).

Ailənin maddi ehtiyacını təmin etmək.

Quran Həzrət Musanın (ə) maddi ehtiyaclarını təmin etmək üçün necə çalışdığını bizlərə bəyan edir və Şüeyblə (ə) bağladığı müqaviləsini belə bəyan edir: “(Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm.

Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan, ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşəallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən»”. (“Qəsəs” 27).

Bacı və qardaş sevgisi.

Həzrət Musa (ə) ilə bacının sevgisi buna nümunə ola bilər. Anası Musanı (ə) çaya atan zaman bacısı onu təqib edir və süd anası kimi öz anasını tanıdır.

“O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər). Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik.

(Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi). (Körpə) heç kimi qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»”. (“Qəsəs” 11-12).

Valideynə hörmət etmək.

Həzrət İsa (ə) ilə anasının rabitəsi – valideynə hörmətin bariz nümunədir. “(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən - Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.

Və məni harada olsam, bərəkətli bir vücud edib və nə qədər ki, sağam, mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb. Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. (“Məryəm” 30-32).

Allah Təala bizlərə bu mətləbləri dərk etmək tofiqatını nəsib etsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930