Məadın əsil fəlsəfəsi nədir?
Mьəllif: admin1
Tarix: 24-03-2019, 14:52
Məadın əsil fəlsəfəsi nədir?
İnsanın mənşə aldığı Uca Varlığa tərəf qayıtmasına məad deyirlər. Hamı Ondandır və Ona tərəf qayıdacaqdır.

Hamı mütləq Varlığa aşiq və möhtacdır. Ona tərəf hərəkətdədirlər. Bu hərəkət cismi deyil, mənəvi və ruhidir.

Ustad Şücai buyurur: “Məad və Allaha tərəf qayıtmaq – Quran ayələrinin və hədislərin nəzərinə görə, ümumi olaraq ancaq insana aid deyildir.

Quran ayələri və hədislərin mənası barəsində bir qədər təfəkkür edən zaman, insan görür ki, məadın mənası – qayıdış deməkdir. Yəni Onu yaradana tərəf geri qayıtmaq – məaddır.

Bu dünyada olan hər bir şey, hər bir məxluq Onun müqəddəs varlığı tərəfindən xəlq edilmişdir. Hər bir məxluq ilk başlanğıcını Ondan almışdır, ona görə də Ona tərəf qayıdacaqdır. Bu getmək və qayıtmaq – o Ali Varlığa olan eşq və məhəbbətlə həyata keçər.

Hər bir varlıq öz rütbəsinə uyğun şəkildə dərk və şüura malikdir. Elə varlıq yoxdur ki, onun şüuru olmamış olsun. Bu səbəbdən hər bir varlıq Onu hələ bu dünyada olan zaman dərk edər, Ona pərəstiş edər, Onun aşiqi olar və sonra da Ona tərəf qayıdar. Budur, məadın əsil fəlsəfəsi”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930