İmam Əlinin (ə) fədakar və sadiq xidmətçisi Qənbərin imtahanı
Mьəllif: admin1
Tarix: 15-02-2022, 11:19
İmam Əlinin (ə) fədakar və sadiq xidmətçisi Qənbərin imtahanı
Salman Farsi nəql edir: “Bir gün bazara getmişdim və getdiyim yolda gördüm ki, bir nəfər Əmirəl-möminin (ə) xidmətçisiolan Qənbərin qarşısına keçdi və dedi: “Eşitmişəm ki, Əlini (ə) çox istəyirsən?”.

Qənbər deyir: “Bəli, çox”.

Bu zaman həmin münafiq şəxs Qənbərin üzünə möhkəm bir sillə vurur. Sonra deyir: “Bu, o kəsin əcridir ki, Əlini (ə) sevir”.

Salman deyir: “Mən bu mənzərəni görən zaman çox narahat oldum. Həzrətə (ə) olanları dedim.

Əmirəl-möminin (ə) buyurdu: “Qənbər nə dedi? Sillədən sonra nə etdi?”.

Dedim: “Qənbər sizə aşiqdir. O zaman ki, sillə aldı, başını aşağı saldı və getdi”".



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031