Peyğəmbərin (s) sağlığında bircə kəlmə də deməyən təvazökarlıq zirvəsi
Mьəllif: admin1
Tarix: 9-03-2024, 12:19
Peyğəmbərin (s) sağlığında bircə kəlmə də deməyən təvazökarlıq zirvəsi
Ayətullah Cəfər Sübhani buyurur: “İmam Əlini (ə) bəzən hədislərin yolu ilə tanıyırıq. Bəzən də Quranda mütaliə edirik.

İlk olaraq bundan başlamaq lazımdır ki, insanlar İmam Əlini (ə) igid insan kimi tanıyırdılar. Səbəbi də Xəndək döyüşündə göstərdiyi igidlikdən irəli gəlir. İmam Əli (ə) öz dövrünün ən zahid insanı idi. Zahidliyi həm ümumi və həm də xüsusi insanların dilində əzbər idi.

Bəzən İmam Əlini (ə) “Nəhcul-bəlağə”də göstərdiyi fəsahət və bəlağətlə tanımaq olur. Bəzən də Həzrəti (ə) əxlaqi cəhətdən tanıyırıq ki, gözəl xasiyyəti hər kəsə bəlli idi.

Tarixdə görməmişik ki, Həzrət (ə) kiməsə müraciət etsin. Ancaq bütün insanlar ona müraciət edərdilər. Onun elmindən istifadə edərdilər.

O, ilk kəs olmuşdur ki, Peyğəmbərə (s) iman gətirmişdir.

İmam Əli (ə) fədakar insan idi. Peyğəmbərin (s) yatağında yatır və canını təhlükəyə atır.

İmam Əli (ə) əmanətdar insan idi. Başqa bir tərəfdən Həzrət (ə) Quranda risalətin əcri kimi tanıdılır: “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir.

De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının)müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).

“İnsan” surəsi İmamın (ə) bir çox sifətlərini bizə tanıdır. Bu surədə ən mühüm dəlillər mövcuddur.

O zaman ki, Peyğəmbər (s) Məkkədən qayıdır, Cəbrayil (ə) ona nazil olur və buyurur ki, gərək mühüm bir mövzunu bəyan edəsən. Qədir-Xum hadisəsi məhz Allahın əmri ilə insanlara risalətin elan olduğu hadisədir.

Əllamə Təbatəbai buyurur ki, İmam Əli (ə) xətib və natiq insan olmuşdur. Onun 11 min xütbəsi və məktubları hal-hazırda bizim əlimizdədir.

Ancaq Həzrət Peyğəmbərin (s) zamanında bir kəlmə belə deyilməmişdir ki, bu da İmamın (ə) xüsusi ədəb və təvazökarlığından xəbər verir.

İmamın (ə) Malik Əştərə yazdığı məktub çox heyrətləndirici məktubdur. Bu gün Qərb əhli də həmin məktubu oxuyan zaman ləzzət alırlar. 14 əsr keçməsinə baxmayaraq, hələ də deməyə söz vardır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930