Əgər insanlar bir kəsin dilindən qorxarlarsa, o, cəhənnəmdə yanar
Mьəllif: admin1
Tarix: 5-03-2019, 10:21
Əgər insanlar bir kəsin dilindən qorxarlarsa, o, cəhənnəmdə yanar
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah yanında ən pis insanlar o kəslərdir ki, şər və pis əməllərinə görə onlara ehtiram edərlər”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allahın ən mənfur bəndəsi o kəsdir ki, insanlar onun dilindən çəkinərlər”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O kəs ki, insanlar onun dilindən qorxarlar – o, atəşdə olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah əfv etsin o bəndəsini ki, danışığından fayda aparar və ya sükut edər ki, salamat qalsın. Dilin hər şeydən daha çox insana hakimiyyəti vardır.

Agah olun ki, insandan çıxan hər bir söz zərərinə olar, məgər Allah zikri və yada salınması, əmr-be-məruf və nəhy-əz-munkər, möminlərin arasını islah etməkdən başqası olsun. Hər kim salamat qalmaq istəyirsə, gərək dilinə və dediklərinə nəzarət etsin”.

Bəli, dil elə bir nemətdir ki, insana savab da qazandıra bilər, əzab və bəla da. Çünki dil kiçik olmasına baxmayaraq, insan fikir və düşüncələrini söz halına salar və məhz dil vasitəsilə səsləndirər. Hər bir insan danışığı ilə tanınar və dəyər əldə edər. İstər şər və pis əməl sahibidirsə - dili ilə tanınar, istərsə də yaxşı və xeyir əməl sahibidirsə.

Dil, insanın batinində olanları üzə çıxardar və insanın şəxsiyyətindən xəbər verər. Ona görə də Peyğəmbərimiz (s) buyurur ki, əgər salamat və dində qalmaq istəyirsənsə, dilinə və dediklərinə nəzarət et. Dilini nəzarətsiz qoyma. Çünki dil nəfsə meyil edər. Nəfs isə bəzən ona Allahın bəyənmədiyi şeyləri təlqin edər.

Ona görə də insan daima dilini öz ixtiyarında saxlamağı bacarmalıdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930