Xeyir işləri niyyət edib, amma həyata keçirə bilməyənə həmin işin savabı hədiyyə olunur
Mьəllif: admin1
Tarix: 2-03-2019, 21:29
Xeyir işləri niyyət edib, amma həyata keçirə bilməyənə həmin işin savabı hədiyyə olunur
İmam Sadiq (ə) buyurur: “Yoxsul mömin bəndə o zaman ki, deyər: “Allahım, mənə dünya malı ver ki, xeyir işlər görə bilim”. Əgər Allah onun niyyətinin sadiqliyini bilərsə, həmin əməlin savabını onun üçün yazar. Həqiqətən, Allah Kərimdir”.

Hədislərimiz buyurur ki, hər kim yaxşı əməl yerinə yetirməyi niyyət edərsə, Allah bu niyyətinə görə ona 1 həsənə yazar. Əgər həmin əməli yerinə yetirərsə – 10 həsənə yazar. Əgər pis işi ancaq niyyət edərsə – onun üçün yazılmaz. Əgər günahı yerinə yetirərsə, onun üçün bir günah yazılar.

İmam Rza (ə) buyurur: “O zaman ki, Qiyamət günü olar və möminin əməl dəftəri ona təqdim olunar, günahlarına baxan zaman rəngi dəyişər. Bədəni titrəməyə başlayar.

O zaman ki, həsənələrini görər – sevinər və xoşhal olar. Savablarına baxan zaman daha çox sevinər. Allah mələyə buyurar: “Yerinə yetirmədiyi əməl dəftərini gətirin”. Gətirərlər və baxıb deyər: “Ey Allahım! İzzətinə and olsun ki, mən bu əməlləri etməmişəm”.

Allah buyurar: “Doğru deyirsən. Çünki onların niyyətində olmusan, Biz də sənin üçün yazmışıq və onun savabına çatacaqsan”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Allahın razılığı olan şeyi arzu edər – dünyadan gedənə qədər ona əta olunar”.

İmam Əli (ə) Misir əhlinə buyurur: “Həqiqətən Allah Təala bəndəyə niyyətinin miqdarında əta edər. O zaman ki, bəndə xeyir işi və xeyir əhlini sevər, ancaq onu yerinə yetirməyə müvəffəq olmaz – inşəallah, o kəs kimi olar ki, həmin xeyir işi yerinə yetirmişdir”.

İmam Rza (ə) Riyan ibni Şəbibə buyurur: “Əgər Seyyidüş-şühədanın (ə) bayrağı altında şəhid olan kəsin savabının sənin üçün olmasını istəyirsənsə, de: “Ey kaş, Aşura günü onlarla olaydım və böyük zəfərə çatardım””.

O zaman ki, Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıdır, buyurur: “Mədinədə o kəslər ki, xəstəlikləri bizimlə birlikdə olmağa mane olmuşdur, amma niyyətləri bizimlə olmaq olmuşdur – onlar bizimlədirlər və bizim işlərimizin savab və əcrində müştərəkdirlər”.

Mömin bəndənin əgər qəlbi daima ayıq olarsa, qəlbinə pis işlərin niyyətini buraxmaz. Əksinə, Allahı sevindirən və razı salan işlər haqqında düşünər və niyyət edər ki, xeyir əhlindən olsun.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930