Çobanın 5 dirhəminin gətirdiyi bərəkət
Mьəllif: admin1
Tarix: 28-02-2019, 19:49
Çobanın 5 dirhəminin gətirdiyi bərəkət
Sadə bir şəxs, zəngin bir insanın çobanı idi. Hər gün bu işinə görə ondan beş dirhəm pul alırdı. Bir gün qoyunların sahibi, həmin çobana dedi: “Qoyunlarımın hamısı satmaq istəyirəm. Çünki səfərə çıxmaq istəyirəm. Ona görə də çobana ehtiyacım yoxdur. Sənin muzdunu verəcəyəm”.

Çobana çoxlu pul verir, ancaq o, qəbul etmir. Öz halal qazancı qədərini götürür və qalanını geri qaytarır.

Çoban o gündən sonra işsiz qaldığı üçün özünə iş axtarır. Ancaq bir iş tapa bilmir. Çobanlıqdan qazandığı pula da dəymək istəmir. Çobanın yaşadığı kənddə bir tacir yaşayırdı ki, insanlar pullarını ona verirdilər ki, istədikləri şeyləri səfər zamanı onlar üçün alıb, gətirsin.

Tacir səfərə çıxan zaman hamı həmişəki kimi onun yanına gedib, pullarını verdilər və istədikləri malı tapşırdılar. Çoban da fikirləşdi ki, mən də öz beş dirhəmimi ona verim və mənə faydalı bir şey alsın. O da həmin tacirin yanına gedir və pulunu ona verir. Tacir pulu görən zaman təəccüblə ona dedi: “Məgər bu beş dirhəmlə bir şey almaq olarmı?”.

Çoban dedi: “Onu özünlə apar və beş dirhəmlik bir şey görsən, onu mənim üçün al”.

Tacir onun bu sözlərindən təəssübləndi və dedi: “Mən böyük tacirlərin yanına gedirəm, onlar beş dirhəmə heç bir şey satmırlar. Onların satdıqları mal çox bahalıdır”.

Ancaq çoban çox təkid etdiyi üçün tacir pulu götürür və özü ilə aparır. Tacir məqsədi olan məkana çatır və hər kəsin istədiyi malı alır. Qayıdan zaman hesab-kitabını edir və görür ki, çobanın pulundan başqa heç nə qalmamışdır. Bir pişikdən başqa heç bir şeyi o qiymətə satmırdılar. Nəhayət pişiyi çoban üçün satın alır.

Pişiyin sahibi onu satıb, narahatlığından xilas olmaq istəyirdi. Tacir də onu çobanın niyyətilə alır və şəhərinə qayıdır.

Qayıdan zaman yolu bir kənddən keçir və həmin kənddə istirahət etmək istəyir. Kəndə girən zaman kənd əhli həmin pişiyi görən kimi tacirdən istədilər ki, o pişiyi onlara satsın. Tacir insanların bu istəyindən təəccübləndi.

Onlardan bunun səbəbini soruşdu. Kənd əhli dedilər ki, biz əkin sahələrimizi tələf edən siçanların əlindən zinhara gəlmişik. Ona görə də uzun zamandır ki, belə bir pişik axtarırdıq ki, o siçanların axırına çıxsın. Tacir onlardan pişiyin ağırlığı qədər pul istədi. Onlar da həmin pulu hazır etdilər. Tacir də pişiyi onlara satıb, vətəninə qayıtdı.

Geri qayıdan zaman hamı onu qarşılamağa gəlmişdi. Tacir hər kəsin malını özünə verdi və çobanı görəndə onunla təklikdə danışmaq istədi. Tacir ondan soruşdu ki, bu beş dirhəmin sirri nədir? Çobana necə gəlib çatıb?

Çoban bu sualdan təəccübləndi, ancaq olanların hamısını ona danışdı.

Tacir onu öpməyə və ağlamağa başladı. Sonra dedi: “Allah onun əvəzində sənə ən yaxşısını vermişdir. Sən halal ruzidən artığına razı olmamışdın. İndi isə Allah sənə ondan neçə qat artığını nəsib etmişdir”.

Sonra qızılları ona verdi.

Ona görə də hər kim halal ruzisi ilə qənaətlənər, Allah ondan çoxunu ona əta edər və gözləmədiyi yerdən ona ruzi yetirər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930