Ailə başçısının ailəsi qarşısında mənəvi məsuliyyətləri
Mьəllif: admin1
Tarix: 18-02-2019, 15:49
Ailə başçısının ailəsi qarşısında mənəvi məsuliyyətləri
Qurani-Kərimdə və hədislərdə buyurulmuş ailə başçısının ailəsi qarşısında olan bəzi ruhi-mənəvi məsuliyyətlərinə diqqət edək:

“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6).

“Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et”. (“Şüəra” 214).

“Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et”.
(“Taha” 132).

“Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq». (“Tur” 26).

«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir». (“Loğman” 17).

“O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi”.
(“Məryəm (s.ə)" 55).

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin hamısı əlinizin altında olanlara qarşı məsulsunuz. Kişi ailəsinin məsuludur, qadın – ərinin və övladlarının”.

İmam Əli (ə) buyurur: “Özünüzə və ailənizə xeyir öyrədin və onlara tərbiyə verin”.

Allah Təala bizlərə bu mübarək buyuruşlara riayət etməyi nəsib etsin.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930