Qan yeməyin haramlığının fəlsəfəsi
Mьəllif: admin1
Tarix: 17-02-2019, 17:32
Qan yeməyin haramlığının fəlsəfəsi
İnsanın qan yeməsi ona həm cismi və həm də əxlaqi ziyanlar gətirə bilər.

Çünki qan, çox sayda mikrobun inkişaf etməsi üçün hazır maddədir. Bədənə daxil olan bütün mikroblar qana hücum edərlər. Onu öz yaşayışlarının mərkəzinə çevirərlər.

Ona görə də insan orqanizminin keşiyində dayanan ağ qan hüceyrələri daima bu mikroblarla vuruşdadırlar və onların bədənə daxil olmasına imkan verməməyə çalışırlar.

O zaman ki, qan axını zəifləyər və başqa sözlə desək – canlı orqanizm ölər, ağ qan hüceyrələri aradan gedərlər. Mikroblar da onların qarşısını ala biləcək bir qüvvəni görməyən zaman, sürətlə çoxalmağa başlayarlar. Ona görə də dinimiz vurğulayır ki, ölü canlıların bədənində olan qan – ən çirkli qandır.

Həmçinin bu gün elm təsdiq etmişdir ki, yeməklər insan hormonlarına və əxlaqına təsir göstərə bilir. Belə ki, hər kim qan yeyər – onun qəlbi daşlaşar və qəsavət bağlayar.

Belə ki, hədislərin birində oxuyuruq: “O kəslər ki, qan yeyər – onların qəlbləri o qədər daşlaşar ki, hətta mümkündür ki, ata və analarını, övladlarını belə qətl etsinlər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930