Nəzir – müstəhəbi vacibata çevirən vasitə
Mьəllif: admin1
Tarix: 16-02-2019, 10:40
Nəzir – müstəhəbi vacibata çevirən vasitə
Nəzirin fəlsəfəsi müxtəlif ola bilər. Onların bəzisi ilə tanış olaq:

- Məqsədə çatmaq və hacətin yerinə yetməsi.

- Mənəvi seyr yolundakı stimulu gücləndirmək.

- İlahi qürb məqamına çatmaq üçün səy göstərmək.

- Ağır bəlalardan amanda olmaq.

Nəzirlə bağlı bəzi nöqtələrə işarə edək:

1. İlahi ənbiyalar (ə) və övliyalar da nəzirə əməl edərdilər.

2. “Dəhr” surəsində Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) nəzirinə işarə edilmişdir.

3. Nəzir bəzi müstəhəb əməlləri vacib edər. Belə ki, gecə namazı müstəhəb əməldir. Ancaq əgər nəzir olunarsa, vacibata çevrilər. Ya müsəlmanlara yemək vermək müstəhəb əməldir. Əgər nəzir olunarsa, vacibata çevrilər.

4. Nəzirə əməl etmək vacibdir.

5. İslam fiqhinin qollarından biri də nəzirdir. Nəzirin şərti budur ki, nəzir olunan şey haram və ya məkruh olmamalıdır.

“(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun(hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi)”.
(“Ali-İmran” 35).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930