Ən böyük nemət hansıdır?
Mьəllif: admin1
Tarix: 10-02-2024, 10:12
Ən böyük nemət hansıdır?
Bəzilərinin nəzərinə görə, ən böyük nemət – sərvət, məqam, rifah, qüdrətdir. Ancaq əslində ən böyük nemət odur ki, insan İlahi hədəfinə çata bilsin.

O kəsin ki, çoxlu nemətləri olar, ancaq hədəfinə çatmazsa – o kəsə bənzəyir ki, çoxlu maşınları vardır, ancaq özü küçədə taksi axtarır.

Bu səbəbdən deyə bilərik ki, ən böyük nemət – İlahi hidayət, mərifət, kamil itaət, daxili həvəslərdən nicat tapmaq, Məsumlar (ə) kimi rəhbərlərə malik olmaqdır.

Qurani-Kərim buyurur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit)bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3).

Yəni, Peyğəmbərimizin (s) gəlişi və Quranın nazil olması ilə Allahın neməti və hədəfi insanlara aydın oldu. Hər kim bu hədəfə doğru gedərsə, dini kamil olar.

İmam Rza (ə) buyurur: “Nemət deyildikdə, məqsəd – biz Əhli-Beytin (ə) vilayətidir. İstər rifahda və həyatda olsun, ya acılıqda və şəhadətdə”.

Bu səbəbdəndir ki, İmam Həsənin (ə) 13 yaşlı oğlu əmisinə deyir: “Ölüm mənim üçün baldan da şirindir. Çünki haqqı tanımışam və rəhbərim Məsum İmamdır. Hədəfim zülmlə mübarizə aparmaqdır. Allahla canımla ticarət edərəm”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930