Yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər, lakin varlılar kimi hesaba çəkilər
Mьəllif: admin1
Tarix: 13-02-2019, 22:06
Yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər, lakin varlılar kimi hesaba çəkilər
Hərislik o rəzil sifətlərdəndir ki, həm insanın özünə və həm də ətrafında olanlara çoxlu ziyanlar vurar. Bu ziyanlar ilə tanış olaq:

1. Hərislik, insanı əbədi əzaba düçar edər.

2. Həris insan heç bir zaman doymaz, hətta bütün dünyanın malik olsa belə. Yenə də özünü yoxsul hesab edər.

3. Həris insan yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər. Ancaq Qiyamət günü zənginlər kimi hesaba çəkilər.

4. Hərislik, insanı həlak edər. Çünki həris insan dünyaya bağlandığı üçün ətrafında olan təhlükələri görməz. Tələsərək, irəli doğru hərəkət edər.

5. Hərislik insan abrını aradan aparar. Çünki həris insan boynundan zəncir asılmış əsir kimidir. O tərəfə və bu tərəfə çəkilər.

6. Hərislik insanı çox sayda günaha düçar edər. O cümlədən: yalan, xəyanət, zülm, qəzəb, insanların haqqını qəsb etmək...

7. Hərislik insanı Allahdan uzaqlaşdırar. Bəndələrin gözündə isə həqir olar. Rahatlığını əldən verər və işgəncəli həyat yaşayar.

8. Həris insanın topladığı malın məsuliyyəti öz boynundadır, ancaq faydasını başqaları görərlər.

9. Hərislik – Allaha sui-zəndir.

İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: “Simiclik, qorxu və hərislik – müxtəlif hisslərdir ki, bir kökləri vardır və o da – Allaha sui-zəndir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930