Dünya ilə axirətin oxşar cəhətləri
Mьəllif: admin1
Tarix: 12-02-2023, 12:40
Dünya ilə axirətin oxşar cəhətləri
Axirəti yaxşı tanımaq üçün, dünya ilə axirətin oxşar və fərqli cəhətlərinə nəzər salmalıyıq. Çünki birini tanımadan, o birisini tanımaq mümkün deyildir.

Oxşar cəhətləri:

1. Hər iki dünya həqiqidir, fəzası və hissələri vardır. Ona görə də insan hər iki dünyada bədənə malik olar.

2. İnsanın hər iki dünyada özünə qarşı agahlığı vardır və vahid şəxsiyyətə malikdir.

Bu deyilənlər Qurani-Kərimin bu ayələrinə əsasən bəyan olunmuşdur: «Kaş mən də onlarla birgə olub, böyük bir feyzə nail olaydım!». (“Nisa” 73).

“(Elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»”. (“Kəhf” 42).

«Kaş (əməl) dəftərim mənə verilməyəydi!». (“Haqqə” 25).

“O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» - deyər”. (“Fəcr” 24).

3. İnsan hər iki dünyada da hisslərə və istəklərə malik olar.

“Və seçdikləri meyvələrlə. Və meyilləri çəkən quş əti ilə.

Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır). Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)! (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər. Salam(un əleyk), səlam(un əleyk)dən başqa!”. (“Vaqiə” 20-26).

4. Allah heç bir halda, o cümlədən, hər iki dünyada da gözə görünməz.

“Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır”. (“Ənam” 103).

5. İnsan hər iki dünyada iradəyə malik olarlar, ancaq dünyadakı kimi deyil.

“Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”. (“Əhzab” 36).

“Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq. Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər”. (“İnsan” 4-5).

Allah Təala axirətimizi gözəl qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031