Vəzir ancaq ətirə ildə 50 000 xərcləyirdi, indi isə anası sədəqəyə möhtac oldu...
Mьəllif: admin1
Tarix: 7-02-2019, 22:56
Vəzir ancaq ətirə ildə 50 000 xərcləyirdi, indi isə anası sədəqəyə möhtac oldu...
Gərək zəngin insanlar bu həqiqəti qəbul etsinlər ki, əllərində olanı hər an itirə bilərlər. Yoxsullar ki, hər an zəngin ola bilərlər.

Muhəmməd ibni Ğəsan nəql edir: “Qurban bayramı günündə evə daxil oldum və gördüm ki, nimdaş paltar geyinmiş bir qoca qadın anamın yanında əyləşibdir. Soruşdum ki, bu, kimdir? Dedilər: “Cəfər Bərməkinin anasıdır”.

Salam verdikdən sonra ondan soruşdum: “Bu ruzigardan nə qəribəliklər görmüsünüz?”.

Qadın danışmağa başladı: “Keçən ilin Qurban bayramında 400 kəniz və nökərim var idi. Oğlum Cəfər mənə 400 qoyun göndərmişdi ki, Allah yolunda qurban kəsim. Sonrakı gün ona gileylənmişdim ki, niyə bu qədər az qoyun göndərmişdir...

Bu gün isə iki qoyun dərisinə möhtacam”.

Muhəmməd deyir: “Ona bir qədər yardım etdim və mənə təşəkkür etdi”.

Harun ər-Rəşidin salnaməçilərindən biri yazır ki, bir gün Harunun hesab dəftərlərini mütaliə edirdim. Gördüm ki, Harunun vəziri olan Cəfər Bərməkinin ancaq ətri üçün 50 min dirhəm məbləğ xərclənmişdir.

Bir il sonra isə anası sədəqəyə möhtac oldu...

Bəli, dünya belə dəyişkən dünyadır. İnsanı bir anda zəngin də edə bilir, bir anda yoxsul da.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930