Bu mühüm dəstənin mövqeyinin cəmiyyətə təsiri
Mьəllif: admin1
Tarix: 7-02-2019, 11:31
Bu mühüm dəstənin mövqeyinin cəmiyyətə təsiri


Təəssüf ki, müasir dövrümüzdə həyadan uzaq əməllərə tez-tez rast gəlinir.

Bunu nəzərə alaraq, həyadan uzaq olmağın islah yollarına nəzər salaq.

Cəmiyyətdə həyadan uzaq olmağın yaranmasına bir çox amillər təsir qoyar ki, onlarla tanış olaq.

1. Həyadan uzaq olmağı yaymaq. Bəzən həyadan uzaq olmaq – insanların qəbahətli və çirkin işlərinin sayəsində yayılar. Bəzən də danışıq və rəftarda olan həya pərdələrinin mətbuat vasitəsilə aradan qaldırılması sayəsində. Həm mətbuat və həm də internet bu kimi əməllərin yayılmasına səbəbkar olarlar.

2. Həyasızlıq qarşısında sükut etmək. Bəzən də insanlar həyadan uzaq olmağı yaymaz, amma onun qarşısında sükut edərlər. Bu sükutun özü də əslində həmin əmələ razı olub, onu yaymaq deməkdir. Əgər bir mömin, qarşısında olan insanın danışığında, rəftarında olan həyasızlığı görər və onu bu işdən çəkindirməzsə, sükut edərsə - özü də həmin əmələ şərik olmuş olar.

İnsanlar adətən dörd mühitdə rəftarlarını nümayiş etdirərlər: ailədə, təlim mərkəzlərində, dostları arasında, iş yerində. Lakin beşinci dəstə insanlar vardır ki, əgər onlar saleh olarsa, bu dörd mühitə hakim olar və onu islah edə bilərlər. Bəs bu insanlar kimlərdir?

Onlar dini fəqihlər və dövlət məsullarıdır. Əgər onlar saleh olarsa, cəmiyyət də saleh olar. Çünki cəmiyyəti islah etməyə səy göstərərlər ki, onların bu səyi nəticəsiz olmaz.

Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Mənim ümmətimin iki dəstəsi vardır ki, əgər saleh və layiqli olarlarsa, ümmətim də islah olar.

Əgər bu iki dəstə fasiq olarsa, cəmiyyət də fəsada doğru gedər. Birinci dəstə fəqihlərdir (yəni alimlər). İkinci dəstə isə valilərdir (yəni cəmiyyətə hökumət edənlər)”.

Fəqihlərin işi – mədəniyyəti yaymaq, valilərin işi isə onu icra etməkdir. Əgər bu iki dəstə saleh olarsa, cəmiyyət də həyaya meyilli olra, həyadan uzaq olmaq xəstəliyindən nicat tapar və islah olar. (Ayətullah Müctəba Tehraninin əxlaq dərslərindən)



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031