Necə olur ki, bəzi əməllər cəhənnəm atəşini insana yaxın buraxmır?
Mьəllif: admin1
Tarix: 6-02-2019, 19:48
Necə olur ki, bəzi əməllər cəhənnəm atəşini insana yaxın buraxmır?
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?

Bu suala cavab vermək üçün 3 mövzuya işarə etməliyik.

1. Məgər səbəbi vardırmı ki, bəzi ibadətləri yerinə yetirək ki, cəhənnəm atəşi insana haram olsun?

2. Məgər cəhənnəm atəşi günahı etməyənlərə haram deyildirmi?

3. Günah ilə ibadətin qarşılıqlı təsiri necə baş verir?

Birinci mövzu haqqında deyə bilərik ki, bəzi ibadətlər həqiqətən də insana cəhənnəm atəşini haram edər. Belə ki, Həzrət İmam Rzanın (ə) ziyarəti barəsində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Tezliklə bədənim bir parçası Xorasanda dəfn olunacaqdır. O mömin ki, onu ziyarət edər, Allah Təala behişti onun üçün vacib edər. Bədəni cəhənnəm atəşinə haram olar”.

İkinci mövzu haqqında isə deyə bilərik ki, ibadət əməllərinin bəzisində cəhənnəm atəşinin haram olması üçün şərtlər bəyan olunmuşdur. Misal üçün, İmam Rzanın (ə) ziyarəti üçün iki şərt bəyan edilmişdir:

1. Zəvvar mömin olmalıdır.

2. İmamın (ə) haqqına arif olmalıdır.

Ancaq bəzi ibadətlərdə bu kimi şərtlər mövcud deyildir. Misal üçün Şəban ayında sədəqə vermək kimi əməldə şərt qoyulmadan bəyan edilmişdir.

Belə ki, Məsumlardan (ə) bu haqda gələn hədisdə oxuyuruq: “Bu ayda sədəqə verin, baxmayaraq ki, xurmanın yarısı qədər olsa belə. Allah Təala sizin bədəninizi atəşə haram edər”.

Üçüncü mövzu haqqında deyə bilərik ki, bəzi ibadətlər insanın pis əməllərinin aradan getməsinə səbəb olar. İman və təqva kimi. Belə ki, Qurani-Kərimdə buyurulur:

“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).

Eləcə də əksinə. Küfr və sair kəbirə günahlar insanların ibadətinin təsirini aradan aparar və onu məhv edər. Misal üçün, Allah Təala Quranda buyurur: “(Ya Peyğəmbər!) Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan”. (“Zumər” 65).

Şəhid Mütəhhəri buyurur ki, heç bir əməl iman olmadan qəbul olunmaz.

Bunun səbəbi o deyildir ki, Allah insanları iman gətirmədikləri üçün saleh əməllərdən məhrum edir. Əslində bu, o deməkdir ki, əməlin yuxarı qalxmasına səbəb olan amil – imandır. Əgər iman olarsa, həmin əməl yuxarı qalxar və sahibinin dərəcəsini qaldırar.

Ona görə də o əməl ki, dünya əhlinin nəzərinə görə hər nə qədər yaxşı hesab olunsa da, yenə də yuxarı qalxmaz. Çünki imana malik deyildir. Bu səbəbdən deyə bilərik ki, küfr – əməli məhv edən ən mühüm amildir. Çünki, onu dəyərdən endirir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031