Müxlislər kimi ibadət etmək üçün bu şərti qəbul etmək lazımdır
Mьəllif: admin1
Tarix: 6-02-2019, 19:44
Müxlislər kimi ibadət etmək üçün bu şərti qəbul etmək lazımdır
O insanlar ki, Allahı tanıyır və Ona mərifət və elm üzərindən iman gətiriblər – həm namazlarını və həm də başqa ibadətlərini aşiqcəsinə yerinə yetirərlər, adət halını aldığı üçün deyil.

Allaha xalis ibadət edənlər, yəni müxlislər yaxşı bilirlər ki, nə edirlər və nə üçün edirlər. Çünki onların Allahın müqəddəs zati sifətlərinə elmləri vardır və Allahın sifətlərini yaxşı dərk edirlər.

Onlar Allahı tanıdıqları və Ona tam imanları olduqları üçün, xaliscəsinə ibadəti yerinə yetirərlər. Onlar Allahın onlara əta etdiyi nemətləri görər və ona görə şükür edən – şakir olarlar. Həmd və şükürlərini həmin xalis namaz və orucla bəyan etməyə çalışarlar.

Onlar, Allaha olan elmlərinin səviyyəsinə görə məsuldurlar. Bu səbəbdən onların yerinə yetirdikləri namaz və oruc, öz elmlərinin səviyyəsinə görə ən yaxşı ibadət hesab olunur.

Əgər onlarla bu haqda söhbət etsəniz görərsiniz ki, necə aşiqcəsinə Allahdan və Onun qüdrətindən danışar, misallar çəkər və etiqadlarının xalisliyini bəyan edərlər. Allahın nemətləri qarşısında şükür etməyə belə, qadir olmadıqlarını dillərinə gətirərlər.

Ancaq sən cavan! Allah yoluna ilk qədəm basan insan! Heç düşünmüsənmi ki, yerinə yetirdiyin ibadət təqlid üzərindən deyildir? Əgər siz də müxlislər kimi xalis və aşiqcəsinə ibadət etmək istəyirsinizsə, gərək dini kor-koranə və təqlid üzərindən qəbul etməyəsiniz. Əksinə, Allahı və Onun dinini tanımağa çalışmalısınız. Bu yolda alimlər və valideynlərinizdən yardım ala bilərsiniz.

Təbiidir ki, hər kimin İslam təlimləri barəsindəki mütaliə və tədqiqləri çox olar, elmi də çoxalar. Allahı daha yaxşı dərk etməyə çalışar.

Nəticədə sizin də ibadətiniz eşq üzərindən olar, adət üzərindən deyil.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930