İmam Rzanın (ə) yaşayış və yemək yeməy tərzi
Mьəllif: admin1
Tarix: 30-01-2019, 19:11
İmam Rzanın (ə) yaşayış və yemək yeməy tərzi

⚜ Buyurardı ki, yeməyə yüngül yeməklərlə başlayın.

⚜ Doymamışdan qabaq süfrədən qalxardı, buyurardı ki, doymamışdan qabaq yeməkdən əl götür, bu bədənin sağlamlığına, zehnin artmasina və bədənin yüngüllüyünə səbəb olar.

⚜ Yeməkdən əvvəl əllərini yuyardı və dəsmal ilə qurutmazdı və yeməkdən sonra əllərini yuyardı və dəsmal ilə qurudardı.

⚜ O vaxt ki, onun üçün süfrə salınardı, bütün işçilərini qulamlarını süfrənin başına dəvət edərdi.

⚜ Yeməyə başlamazdan əvvəl bir miqdar sirkə içərdi və buyurardı sirkə zehni artırır və əqli çoxaldır.

⚜ Yeməyi isti halda yeməzdi.

⚜ Tövsiyə edərdi ki əgər evdə yemək yerə tökülsə onu tez yığın amma səhrada tökülsə yığmayın.

⚜ Xadimlərindən biri deyir: Biz süfrə başında olanda imam bizi çağırmazdı və bizim yanımıza gələndə qoymazdı süfrə başından qalxaq. (Ayətullah Təbrizyan)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930