Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri
Mьəllif: admin1
Tarix: 28-01-2019, 23:25
Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri
İslam dini həm kişi və həm də qadın üçün vacib və müstəhəb əməllər təyin etmişdir ki, onlara əməl edərək, xoşbəxt bir ailənin təməlini qura bilərlər. Bu vəzifələr ilə tanış olaq:

- Bir-birinin hörmətini saxlamaq.

- Bir-birinin ruhi və cismi ehtiyaclarını təmin etmək.

- Yersiz sui-zəndən çəkinmək.

- Bir-birinin eybini heç kəsə deməmək.

- Bir-biri üçün Allaha dua etmək.

- Kobudluqdan, acı sözlərdən, üzü turşutmaqdan və bir-birinə əziyyət verəcək əməllərdən çəkinmək.

- Başqalarını, həyat yoldaşının yanında tərifləməkdən çəkinmək. Belə ki, xanım başqa naməhrəmi əri yanında tərifləməməlidir, həmçinin əksi də.

- Bir-birini, qohum və əzizlərini təhqir etməkdən çəkinmək.

- Bir-birinin kobud əxlaqına səbir etmək.

- Həyat çətinlikləri ilə məntiqli qarşılaşmaq və hisslərə qapılmamaq.

- Bir-birinə sevgi göstərmək.

- Yalandan, xəyanətdən çəkinmək. Sədaqətə, əmanətə və güzəştə riayət etmək.

- Bir-birinin qohumlarına hörmət etmək və qonaqlar arasında fərq qoymamaq.

- Əzizlərinə xüsusi əlaqə və sevgi göstərmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı hər nə qədər çox olarsa, xanımına olan məhəbbəti də çoxalar”.

İmam Əli (ə) buyurur: “Həmişə həyat yoldaşınla mehriban ol və onunla yaxşı yoldaş ol ki, həyatın səfalı olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşının ağzına qoyduğu tikəyə görə savabı vardır”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031