Pisliyi yaxşılığa çevirən 4 sifət
Mьəllif: admin1
Tarix: 24-01-2019, 21:09
Pisliyi yaxşılığa çevirən 4 sifət
Həzrət Peyğəmbər (s) buyurur ki, 4 şey pisliyi həsənəyə çevirər:

1. “Doğru danışmaq”.

Allahın doğru danışan insandan xoşu gəlir. Çünki Allah Təala – doğruluq məzhəridir (simvoludur), salam məzhəridir, əmin-amanlıq məzhəridir.

2. “Həya və utancaqlıq hissi”.

Əgər kiminsə həyası olarsa və xəcalət çəkərsə, Allah Təala onun günahlarını bağışlayar. Pis işlərini aradan aparar və onun yerinə həsənə yazar.

3. “Xoş əxlaq”.

O bəndə bəyənilən olar ki, namazında, orucunda, başqalarına xidmətdə və gözəl əxlaqda olar. Allah insanların xoş əxlaqlarını sevir və ona görə də bu sifəti onun pisliklərini aradan aparar və həsənəyə çevirər.

Yeri gəlmişkən, gözəl sözün gətirdiyi bərəkətlərə nəzər salaq.

İmam Səccad (ə) buyurur: “Gözəl söz – malı çoxaldar, ruzini artırar, əcəli təxirə salar, insanı ailəsi yanından məhbub edər və onu behiştə daxil edər”.

4. “Nemətin şükrünü yerinə yetirmək”.

Həqiqi möminin sifətlərindən biri də şükür edən, şakir olmasıdır. Əgər Allahın ona verdiyi nemətləri görərsə və ona görə şükür edərsə, bu insanın pislikləri həsənəyə çevrilər. Çünki Allah şakir bəndəsinin günahlarını bağışlayar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930