Günün hədisi: Çalışın öyrənin
Mьəllif: admin1
Tarix: 24-01-2019, 10:54
Günün hədisi: Çalışın öyrənin
İslam Peyğəmbəri (s):

مَن عَمِلَ عَليٰ غَيْرِ عِلْمٍ كَانَ مَا يُفْسِدُهُ أَكْثَرُ مِمَّا يُصْلِحُهُ

“Elmsiz əməl edən şəxsin törətdiyi fəsadlar islah etdiyi işlərdən çoxdur”.

(“Biharul-ənvar”, c. 1, səh. 208).

Qısa izah

Nadanlığın, elmsiz əməlin nəticəsi fəsad və təhlükədir. Cahil insan öz övladına yaxşılıq etmək istədikdə, ona zərər vurur, İslama xidmət əvəzinə dini gözdən salır, insanlar arasında sülh və əmin-amanlıq yaratmaq əvəzinə onların arasında nifaq və ixtilaf törənməsinə bais olur.

Hədisin mesajı da məhz budur: nadan şəxslərin məlumatsızlığından yaranan fəsad və inhiraflar onların etmək istədikləri islahat və yaxşılıqlardan çoxdur.


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930