Yer üzünün ən pis məkanı. Amma burada 1 təsbihə görə minlərlə savab verilər
Mьəllif: admin1
Tarix: 22-01-2019, 22:48
Yer üzünün ən pis məkanı. Amma burada 1 təsbihə görə minlərlə savab verilər
Bazarlar – hər bir ölkənin iqtisadiyyatının inkişaf etməsində böyük rola malik məkanlardırlar. Dinimiz məcsidlərə, hüseyniyyələrə, mədrəsələrə böyük əhəmiyyət verdiyi kimi, bazarlara qarşı da öz mövqeyini bəyan etmişdir. Bazarları şəhərin qəlbi, tacirləri isə Allahın həbibi adlandırmışdır.

Ancaq o zaman ki, bu məkanlar İlahi göstərişləri yerinə yetirməkdən uzaq olar, şeytanın (lən) meydanına çevrilər. Ona görə də İmam Əlinin (ə) nəzərinə görə, bu cür bazarlar şeytanın (lən) hazır olduğu və fitnənin aşkar olduğu məkanlardırlar.

İmam Baqir (ə) buyurur: “Yer üzünün ən pis məkanı – bazarlardır. Bazarlar – şeytanın meydanıdır. Səhərin əvvəlində öz bayrağını orada nəsb edər və taxtını qurar, övladlarını hər tərəfə yayar. O kəsə tərəf ki, çəkini az edər, ya o kəsə ki, tərəzinin gözünü yüngül edər, ya o kəsə ki, metrdə oğurluq edər, o kəsə ki, malını satanda yalan danışar.

O, övladlarına deyər: “Eşq olsun o aldadan insana ki, atası (Adəm (ə)) ölmüşdür, halbuki, sizin atanız (İblis) hələ sağdır. İblis bazara gələn ilk kəs ilə (bazara) daxil olar. Bazarı tərk edən axırıncı nəfər ilə geri qayıdar””.

Həzrət Peyğəmbər (s) bu cür bazarlar haqqında buyurmuşdur: “Bazar – qəflət və xəbərsizlik sarayıdır. Ona görə də hər kim bazarda bir təsbih deyər, Allah onun üçün minlərlə həsənə savab yazar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930