Həzrət Zəhra (s.ə) – “Qədr” surəsində olan “leylətul”, yaradılmamışdan öncə imtahan edilən müqəddəs xanım
Mьəllif: admin1
Tarix: 12-12-2022, 10:37
Həzrət Zəhra (s.ə) – “Qədr” surəsində olan “leylətul”, yaradılmamışdan öncə imtahan edilən müqəddəs xanım
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Fatimə (s.ə) ona görə Fatimə adlandırılmışdır ki, xəlq onu tanımaqdan və ona mərifət əldə etməkdən kəsilmişdir (yəni, acizdir və gücü çatmır)”.

Məsumların (ə) dilindən eşidilən bunun kimi nurani kəlamlar bizə açıqlayır ki, hər kəs Xanımın (s.ə) tutduğu uca məqamı dərk edib, ona mərifət əldə edə bilməz. Çünki banu o qədər uca məqamlıdır ki, xəlqin zehni onu dərk etməkdən acizdir.

Belə ki, oxuyuruq: İmam Sadiq (ə) buyurur: “”Qədr” surəsində gələn “leylətul” sözü Fatimədir (s.ə), “Qədr” isə Allahdır. Ona görə də hər kim Fatiməni (s.ə) tanıyar – həqiqətən, Qədr gecəsini dərk etmiş olar”.

Deməli, Həzrət Zəhra (s.ə) Qədr gecəsidir və Qədr gecəsi min bir gecədən daha üstündür. Kim bu müəmmanı həll edə bilər?

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – mənim bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər – məni qəzəbləndirmiş olar”.

Bu hədis yadımıza Quranın bu ayəsini salır: “Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır”. (“Əhzab” 57).

İnsan gərək elə ali məqamda olsun ki, onu qəzəbləndirmək – Peyğəmbəri (s) qəzəbləndirməyə bərabər olsun. Bu da bəşərin həll edə bilmədiyi müəmmadan biridir.

İmam Həsən Əsgəri (ə) buyurur: “Biz – Allahın məxluqlar üzərindəki hüccətiyik. Nənəmiz Fatimə (s.ə) – Allahın bizim üzərimizdə olan hüccətidir”.

Xanımın (s.ə) Məsum İmamlar (ə) üzərindəki hüccəti də bir müəmmadır. Kim bu məammanı həll edə bilər?

İmam Zaman ağa (ə.f) buyurur: “Allah Peyğəmbərinin (s) qızı – mənim üçün ən üstün nümunə və örnəkdir”. Bu hədisi müxtəlif cür şərh ediblər. Ancaq maraqlısı budur ki, Qurani-Kərim Həzrət Peyğəmbəri (s) örnək və nümunə elan etdiyi halda, İmam Zaman ağa (ə.f) Xanımı (s.ə) özü üçün örnək qərar vermişdir. Bəs bu həqiqətin sirrini kim aça bilər?

Xanımın (s.ə) ləqəblərindən biri Ümmi-əbihadır, yəni atasının anası. Bu ləqəblə bağlı çox sayda nəzərlər vardır. Hətta Ayətullah Seyyid Muhəmmədhəsən Təbatəbayi kimi böyük alim bu müəmmanı açıqlaya bilmədiyini bəyan etmişdir.

İmam Baqir (ə) buyurur: “Allahın bütün xəlq etdiklərinin: cinlərin, insanların, quşların, vəhşi heyvanların, peyğəmbərlərin (ə) və mələklərin (ə) Həzrət Fatiməyə (s.ə) itaət etməsi vacibdir”.

Rəhmətlik İmam (r) Həzrət Zəhra (s.ə) barəsində buyurmuşdur: “Rəsulallahın (s) əziz qızı, bəşərin zehni və maarifi üçün tanınmamış müəmmadır”.

Bəs bu müəmma necə, nə cür açıqlana bilər? İlahi, bu qədər dərinlik olarmı!

Həzrətin (s.ə) ziyarətnaməsində oxuyuruq: “Ey imtahan olunan ki, səni xəlq edən Allah, səni xəlq etməzdən əvvəl imtahan etmişdir. Səni imtahan etdiklərinə görə sabir görmüşdür”.

Xəlq olmazdan əvvəl olan imtahan nədir? Bu qədər rəmz və sirr olarmı?!

Ona görə demək lazımdır ki, Həzrət Fatimə (s.ə) bəşər üçün hələ də gizli bir müəmma olaraq qalmaqdadır.

Allah Təala bizləri Xanımın (s.ə) yolunu gedənlərdən qərar versin, inşəallah!


Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031